İnflyasiyanın Əmək Bazarına Təsiri Panel Məlumat Analizi

Post image

UOT 338
https://doi.org/10.30546/3006-0346.2025.3.87.585

Elşən Muxtarlı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,
İqtisadiyyat İnstitutu, “Monetar və fiskal
tənzimləmə problemləri” şöbəsi,
doktorant
E-mail: [email protected]

Xülasə
Məqalədə həm sənaye, həm də inkişaf etməkdə olan ölkələri əhatə edən panel məlumatlardan istifadə etməklə inflyasiyanın əmək bazarına təsiri təhlil olunur. Diqqət inflyasiyaya təsir edən əsas makroiqtisadi dəyişənlərə yönəldilir: pul kütləsi, valyuta məzənnəsi, ÜDM-in artım tempi, istehsal boşluğu, büdcə balansı və real əmək haqqı. Nəzəri təhlildə əmək məhsuldarlığının artımı, inflyasiya və əmək haqqı səviyyəsi arasında əlaqəni təsdiqləyən Balassa–Samuelson effekti araşdırılır. Həmçinin valyuta məzənnəsinin keçid effekti və onun idxal mallarının qiymətlərindəki dəyişikliklərə cavab olaraq əmək bazarına – məşğulluq səviyyəsindəki dəyişikliklərə – təsiri tədqiq olunur. Monetarist yanaşma (Fridman, 1956) nəzərə alınmaqla, pul kütləsinin inflyasiyanın əsas amili kimi rolu və onun iqtisadiyyatın müxtəlif sektorları arasında məşğulluğun yenidən bölüşdürülməsinə dolayı təsiri təhlil edilir. Panel məlumatlardan istifadə ölkələr, sahələr və əhalinin sosial-demoqrafik qrupları arasında məşğulluğun inflyasiya şoklarına reaksiyasında müşahidə olunan fərqlilikləri müəyyən etməyə imkan verir. Tədqiqatın nəticələri göstərir ki, inflyasiyanın təsirinin qiymətləndirilməsi üçün institusional və struktur amilləri nəzərə alan kompleks yanaşma vacibdir.

Açar sözlər: inflyasiya, panel məlumat, əmək bazarı, iqtisadiyyat, təhlil.

Summary
The article analyzes the impact of inflation on the labor market using panel data covering both industrial and developing economies. The focus is on key macroeconomic variables that affect inflation: money supply, exchange rate, GDP growth rate, output gap, budget balance, and real wages. The theoretical analysis considers the Balassa-Samuelson effect, which confirms the relationship between labor productivity growth, inflation, and wages in the tradable sector. The phenomenon of exchange rate pass-through and its impact on the labor market, which is expressed in changes in the level of employment in response to fluctuations in the prices of imported goods, are also studied. Taking into account the monetarist approach (Friedman, 1956), the role of money supply as a key determinant of inflation and its indirect impact on the redistribution of employment between economic sectors are analyzed. The use of panel data allows us to identify differences in the response of employment to inflation shocks between countries, industries, and socio-demographic groups of the population. The study concludes that a comprehensive approach to assessing the impact of inflation is needed, taking into account the institutional and structural features of national economies.

Key words: inflation, panel data, labor market, economy, analysis.

PDF