NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YENİ TURİZM NÖVLƏRİNİN İNKİŞAFI ÜÇÜN İMKANLAR

Post image

UOT 338.43
DOI: https://doi.org/10.30546/3006-0346.2025.2.86.294

Həbİb Zeynalov
Naxçıvan Dövlət Universiteti
E-mail: [email protected]

XÜLASƏ
Məqalədə turizmin xüsusiyyətləri, ölkə iqtisadiyyatında oynadığı rol və növlərdən ibarət olan mövcud infrastruktur qeyd olunur. Turizm məhsulu isə, bu növlər üzrə müxtəlif təcrübələr və xidmətlərdən ibarət olmaqla, səyahətçilərə rahatlıq, əyləncə, digər məqsədlərini reallaşdırmaq üçün bir sıra əsaslar təqdim edir. Naxçıvan Muxtar Respublikasında mövcud potensial və perspektivlər, təbii gözəlliklər, zəngin tarixi və mədəni irsi olan yeni turizm növlərinin inkişafı üçün geniş imkanlara malikdir. Regionda turizm sektorunun şaxələndirilməsi və müxtəlif turizm növlərinin tətbiqi, iqtisadiyyatın inkişafını sürətləndirə, həmçinin sosial və mədəni həyatın zənginləşməsini təmin edə bilər. Yeni turizm istiqamətlərinin inkişafı, regionun təbii və mədəni sərvətlərini qorumaqla yanaşı, ekoloji və iqtisadi davamlılığın təmin olunmasına da xidmət etməlidir. Bu sahədə, müasir turizm infrastrukturunun yaradılması, regionun coğrafi xüsusiyyətlərinə uyğun innovativ turizm məhsullarının hazırlanması və yerli sahibkarların cəlb edilməsi çox vacibdir.
Naxçıvan Muxtar Respublikası turizm potensialı baxımından unikal xüsusiyyətlərə malikdir və burada turizm növlərinin aktivləşməsi regionun iqtisadiyyatına müsbət təsir edə bilər. Qeyd etmək olar ki, turizm fəaliyyətləri Naxçıvanın həm yay, həm də qış mövsümündə turistlər üçün cəlbedici bir məkana çevrilməsinə imkan yaradır.

Açar sözlər: Turizm, turizmin xüsusiyyətləri, turizmin növləri, turizm məhsulu, turizm infrastrukturu.

Habib Zeynalov
Nakhchivan State University

Technology of catering in the hotel complex
SUMMARY
The article notes the characteristics of tourism, its role in the country's economy and the existing infrastructure consisting of types. The tourism product, consisting of various experiences and services in these types, provides travelers with a number of bases for comfort, entertainment, and realizing their other goals. The existing potential and prospects in the Nakhchivan Autonomous Republic, natural beauties, and rich historical and cultural heritage, have wide opportunities for the development of new types of tourism. Diversification of the tourism sector in the region and the introduction of various types of tourism can accelerate the development of the economy, as well as ensure the enrichment of social and cultural life. The development of new tourism directions should serve to ensure ecological and economic sustainability, in addition to protecting the natural and cultural resources of the region. In this area, it is important to create a modern tourism infrastructure, prepare innovative tourism products in accordance with the geographical characteristics of the region, and attract local entrepreneurs.
The Nakhchivan Autonomous Republic has unique characteristics in terms of tourism potential, and the activation of types of tourism here can have a positive impact on the economy of the region. It can be noted that tourism activities allow Nakhchivan to become an attractive destination for tourists in both summer and winter.

Key words: Tourism, characteristics of tourism, types of tourism, tourism product, tourism infrastructure.

Хабиб Зейналов
Нахчыванский Государственный Университет

Технология организации питания в гостиничном комплексе
РЕЗЮМЕ
В статье упоминаются особенности туризма, его роль в экономике страны, а также существующая инфраструктура различных типов. Туристический продукт, состоящий из различных впечатлений и услуг этих типов, предоставляет путешественникам ряд основ для реализации своих целей в области комфорта, развлечения и других целей. Имеющийся потенциал и перспективы, красота природы, богатое историческое и культурное наследие в Нахчыванской Автономной Республике открывают широкие возможности для развития новых видов туризма. Диверсификация туристического сектора региона и внедрение различных видов туризма могут как ускорить развитие экономики, так и обеспечить обогащение социальной и культурной жизни. Развитие новых туристических направлений должно служить обеспечению экологической и экономической стабильности, а также защите природных и культурных ресурсов региона. В этой сфере большое значение имеют создание современной туристической инфраструктуры, подготовка инновационных туристических продуктов с учетом географических особенностей региона, привлечение местных предпринимателей.
Нахчыванская Автономная Республика обладает уникальными характеристиками с точки зрения туристического потенциала, и активизация видов туризма здесь может оказать положительное влияние на экономику региона. Можно отметить, что туристическая деятельность делает Нахчыван привлекательным местом для туристов как летом, так и зимой.

Ключевые слова: Туризм, характеристика туризма, виды туризма, туристический продукт, туристическая инфраструктура.

PDF