UOT 334
DOI: https://doi.org/10.30546/3006-0346.2025.2.86.306
Pünhan Hüseynov
Azərbaycan Dövlət İqtisad Universitetinin
doktorantı
E-mail: [email protected]
Xülasə
Tədqiqat Azərbaycan Respublikasında neft ixracı gəlirlərinin ÜDM-ə təsirini reqressiya analizi vasitəsilə qiymətləndirir. Neft sektoru ölkənin iqtisadiyyatında əsas hərəkətverici qüvvə rolunu oynayır və ÜDM-in formalaşmasında mühüm paya malikdir. Araşdırma nəticələri göstərir ki, ÜDM və neft gəlirləri arasında güclü müsbət əlaqə mövcuddur və R2 göstəricisi 0.7563 səviyyəsindədir. Bu, neft gəlirlərindəki dəyişikliklərin ÜDM-dəki dəyişikliklərin 75.63%-ni izah etdiyini göstərir. Tədqiqatda xətti reqressiya modeli tətbiq edilmiş, ANOVA analizi və əmsalların əhəmiyyətlilik testi ilə nəticələr təsdiqlənmişdir. İqtisadi nəzəriyyələr çərçivəsində Solow-Swan iqtisadi artım modeli, endogen artım nəzəriyyəsi və iqtisadi dövrlər nəzəriyyəsi təhlil edilmişdir. Azərbaycan iqtisadiyyatı hələ də neft gəlirlərindən yüksək dərəcədə asılıdır və iqtisadi diversifikasiya zərurət olaraq qalır. Tədqiqatın nəticələri iqtisadi praktiklər üçün də faydalı ola bilər. Ona görə ki, iqtisadi dayanıqlılığın təmin edilməsi üçün neftdən kənar sektorların inkişaf etdirilməsi vacibdir. İnnovasiya, texnologiya və insan kapitalına yatırımlar uzunmüddətli perspektivdə iqtisadi inkişafın əsas şərtlərindən biri kimi nəzərdən keçirilməlidir.
Açar sözlər: Neft gəlirləri, ÜDM, reqressiya analizi, iqtisadi artım, diversifikasiya.
П.Гусейнов
Докторант Азербайджанского Государственного Экономического Университета (UNEC)
Резюме
Исследование оценивает влияние доходов от экспорта нефти на ВВП Азербайджанской Республики с помощью регрессионного анализа. Нефтяной сектор играет ключевую роль в экономике страны и занимает значительную долю в формировании ВВП. Результаты анализа показывают, что между ВВП и нефтяными доходами существует сильная положительная связь, коэффициент детерминации (R²) составляет 0,7563. Это означает, что изменения в нефтяных доходах объясняют 75,63% изменений в ВВП. В исследовании применена линейная регрессия, проведен анализ ANOVA и тест на значимость коэффициентов. В теоретической части рассмотрены модели экономического роста Solow-Swan, эндогенного роста и экономических циклов. Экономика Азербайджана по-прежнему сильно зависит от нефтяных доходов, что делает диверсификацию актуальной необходимостью. Результаты исследования могут быть полезны как для экономистов-практиков, так и для исследователей, поскольку для обеспечения экономической устойчивости необходимо развивать сектора, не зависящие от нефти. Вложения в инновации, технологии и человеческий капитал рассматриваются как ключевые условия долгосрочного экономического роста.
Ключевые слова: Нефтяные доходы, ВВП, регрессионный анализ, экономический рост, диверсификация.
P.Huseynov
Doctoral student of Azerbaijan State University of Economics (UNEC)
Abstract
The study assesses the impact of oil export revenues on Azerbaijan’s GDP using regression analysis. The oil sector plays a crucial role in the country's economy and holds a significant share in GDP formation. The findings indicate a strong positive correlation between GDP and oil revenues, with an R² value of 0.7563. This suggests that changes in oil revenues explain 75.63% of the variations in GDP. The study employs a linear regression model, ANOVA analysis, and coefficient significance tests. Theoretical frameworks such as the Solow-Swan growth model, endogenous growth theory, and business cycle theory are examined. Azerbaijan's economy remains highly dependent on oil revenues, making economic diversification an essential necessity. The study’s findings can be useful for both economic practitioners and researchers, as fostering non-oil sectors is critical for ensuring economic stability. Investments in innovation, technology, and human capital are identified as key factors for long-term economic growth.
Keywords: Oil revenues, GDP, regression analysis, economic growth, diversification.