UOT 32
DOI:10.30546/3006-0346.2024.3.81.0060
Ələkbər Sadıxlı
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının magistrantı
E-mail: [email protected]
Xülasə:
Dünyadakı bütün dövlətlərin müstəqillik əldə etdikdən sonra ilk məqsədi ilkin öz regional çevrəsində, sonrakı dönəmdə isə regionlararası və beynəlxalq müstəvidə mövqe tutmaqdan ibarətdir. Qədim, şərəfli dövlətçilik irsinə malik Azərbaycan Respublikası da müstəqilliyinin ilk illərindən etibarən ağır məqamlar, fasilələr olsa da, çətin sınaqlardan çıxaraq tarixi ədaləti bərpa etmiş, dövlətçilik ənənələrinə sadiqlik göstərmiş, sadəcə hərb qabiliyyəti ilə deyil, öz diplomatiyası vasitəsilə də mövcudluğunu qorumuş və beynəlxalq münasibətlər sistemində mühüm mövqe tutmağı bacarmışdır. Lakin, bu uğuru əldə etmək asan olmamışdır, belə ki, dünyanın olduqca mürəkkəb bölgəsində (sivilizasiyaların qovuşduğu həmçinin, Qərb ilə Şərqin kəsişdiyi məkanda) yerləşməsi, bununla bərabər sahibi olduğu yeraltı və yerüstü sərvətlərin mövcudluğu və geosiyasi-iqtisadi maraqların toqquşduğu ölkə olması səbəbindən Azərbaycan Respublikası beynəlxalq sistemdə müstəsna mövqe tutur. Bundan başqa, postsovet coğrafiyasına daxil olması, tarixi, milli yaxınlıq tərəfdən Türk-Turan dövlətlərinin qovuşduğu məkan olması, cənubdan isə keşməkeşli bölgə hesab edilən Yaxın Şərqlə müəyyən dərəcədə sərhədin mövcudluğu, tam yaxınında Avropa Birliyi və Qərb blokunun izlərini daşıyan fəaliyyətin varlığı az əvvəl qeyd etdiyim regional və beynəlxalq mövqenin böyüklüyünü izah edir. Müasir tariximizdə Azərbaycan həm regionda, həm də demək mümkündür ki, dünya arenasında söz sahibi ölkələr siyahısına daxil olub.
Açar sözlər: Azərbaycan Respublikası, Cənubi Qafqaz, Xəzər regionu, inkişaf, siyasət, dayanıqlı iqtisadiyyat, regional faydalı əməkdaşlıq.
Alekbar Sahin Sadikhli
Master's student the Academy of Public
Administration under the President
of the Republic of Azerbaijan
The leading state of the South Caucasus and Caspian region: Azerbaijan
Summary:
After gaining independence, the first goal of all the countries located in the world is to take a position in their regional circle, and in the next period, in the interregional and international level. The Republic of Azerbaijan, which has an ancient and honorable heritage of statehood, even though there were difficult moments and interruptions from the first years of its independence, it recovered historical justice after coming out of difficult trials, showed loyalty to the traditions of statehood, maintained its existence not only through its military capabilities, but also through its diplomacy, and always managed to occupy an important position in international relations, which is considered the deepest system. However, it was not easy to achieve this success, as the Republic of Azerbaijan is a country where geopolitical and economic interests collide, due to its location in a very complex region of the world (where civilizations meet and where the West and East intersect), as well as the existence of underground and surface resources it owns. occupies an exceptional position in the system. In addition, it is included in the post-Soviet geography, it is a place where the Turkic-Turanian states meet in terms of historical and national proximity, and the existence of a certain border with the Middle East, which is considered a turbulent region to the south, and the presence of activities bearing the traces of the European Union and the Western bloc in the immediate vicinity, the regional and explains the magnitude of the international position. In our modern history, Azerbaijan has been included in the list of countries with a voice both in the region and, it can be said, in the world arena.
Keywords: Republic of Azerbaijan, South Caucasus, Caspian region, development, politics, sustainable economy, regional beneficial cooperation.