UOT 327; 930.22
https://doi.org/10.30546/3006-0346.2024.6.84.034
Aytac Adıgözəlli
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı
E-mail: [email protected]
Xülasə
Cənubi Çin dənizi geosiyasi maraqların toqquşduğu beynəlxalq siyasətdə önəmli rol oynayan strateji məkanlardan biridir. Hazırda Cənubi Çin dənizi qlobal güclərin mübarizəsi üçün platforma rolunu oynayır. Cənubi Çin Dənizi, dünya ticarətinin 30%-nin keçdiyi bir bölgədir və bu, onun qlobal iqtisadiyyatda, enerji təhlükəsizliyində və geosiyasi münasibətlərdəki rolunu daha da əhəmiyyətli edir.
ABŞ-Çin münasibətləri indiki dövrdə mürəkkəb bir vəziyyətlə üzləşib. Ticarət müharibələri, iki ölkə arasında ciddi iqtisadi anlaşılmazlıqlar yaradıb. ABŞ, Çinin texnologiya sahəsindəki irəliləyişinə qarşı mübarizə aparır, bu da müasir texnologiya yarışını kəskinləşdirir. Cənubi Çin dənizindəki ərazi mübahisələri və Tayvanla bağlı məsələlər də regional təhlükəsizlik baxımından ciddi narahatlıqlar yaradır. Beləliklə, bu münasibətlər, qlobal iqtisadi və siyasi arenada geniş əks-səda doğurur.
Çin, Cənubi Çin Dənizində geniş ərazilərə iddia edərək regional gərginliklərin əsas səbəblərindən birini yaradır. Xüsusilə, Çin tərəfindən irəli sürülən geniş suverenlik iddiaları həm torpaq sahələrinə, həm də onlara bitişik su ərazilərinə dair iddialar bölgədəki digər iddiaçılar, məsələn, Vyetnam, Filippin, Tayvan, Malayziya və Bruneini qəzəbləndirib [13]. Bu iddialar, "Səhra Xətti" (Nine Dash Line) adı verilən bir anlayışa əsaslanır və Cənubi Çin Dənizinin böyük hissəsini əhatə edir.Eyni zamanda Çin, ABŞ-nin bölgədəki hərbi mövcudluğunu regiondakı sabitliyə və öz suverenliyinə qarşı təhdid hesab edir. ABŞ isə, ərazi mübahisələrində tərəfsiz olduğunu bildirir, lakin mübahisəli adalara yaxın hərbi gəmi və təyyarələr göndərir və bunu "naviqasiya azadlığı" əməliyyatları olaraq adlandırır. Bu məqalə, Cənubi Çin Dənizində gərginlik, Çin və ABŞ arasındakı qarşıdurmanın geosiyasi, iqtisadi və strateji aspektlərini araşdırır. Yaponiyanın Cənubi Çin Dənizində birbaşa marağı olmasa da, o, Filippin və Vyetnam kimi iddiaçılara gəmi və hərbi avadanlıq təmin edir.
Açar sözlər: Cənubi Çin dənizi, qlobal təhlükəsizlik, Çin, ABŞ, ticarət yolları, təhdidlər və imkanlar, super güclərin qarşıdurması.
SUMMARY
Global Power Struggles in the South China Sea – The Hegemonic Battle Between China and the USA
The South China Sea is one of the strategic areas in international politics where geopolitical interests collide. Currently, it serves as a platform for the global powers' struggle for dominance. The South China Sea is a region through which 30% of global trade passes, making its role in the global economy, energy security, and geopolitical relations even more significant.
U.S.-China relations have entered a complex phase. Trade wars have led to serious economic misunderstandings between the two nations. The U.S. is engaged in a contest against China's technological advancements, intensifying the modern technological race. Territorial disputes in the South China Sea and issues related to Taiwan also pose significant concerns for regional security. Thus, these relations resonate broadly in the global economic and political arenas.
China has become one of the main sources of regional tensions by asserting claims over vast areas of the South China Sea. Particularly, China's extensive sovereignty claims, covering both land and adjacent maritime areas, have angered other claimants in the region, such as Vietnam, the Philippines, Taiwan, Malaysia, and Brunei. These claims are based on the "Nine-Dash Line," which encompasses much of the South China Sea. At the same time, China considers the U.S. military presence in the region a threat to regional stability and its sovereignty. The U.S., while claiming neutrality in territorial disputes, sends military ships and aircraft near the contested islands, calling it "freedom of navigation" operations.
This article explores the geopolitical, economic, and strategic aspects of tensions in the South China Sea and the confrontation between China and the U.S. While Japan does not have direct interests in the South China Sea, it supplies ships and military equipment to claimants like the Philippines and Vietnam.
Keywords: South China Sea, global security, China, U.S., trade routes, threats and opportunities, superpower confrontation.