UOT 32 (092)
DOI:10.30546/3006-0346.2024.3.81.0056
Çiçək Nəsirli
Xəzər Universiteti, magistrant
AKP dönəmində Türkiyənin Orta Şərq siyasətində Davudoğlunun rolu
Xülasə
Bu məqalədə, Əhməd Davudoğlunun xarici siyasət strategiyasının Orta Şərqdəki təsirini müzakirə etdik. Əhməd Davudoğlu, Türkiyənin xarici siyasətinə idealist bir perspektivlə yanaşmışdır. O, Türkiyənin gücünə, tarixi varlığına, geostrateji mövqeyinə və sair xüsusiyyətlərinə inanaraq bir sıra prinsiplər və konseptlər inkişaf etdirərək bunları xarici siyasətdə tətbiq etməyə çalışmışdır. Davudoğlu dövrü xarici siyasətdə xüsusilə "yumşaq güc" prinsipi çox hiss olunmuşdur.
Davudoğlu, "Strateji Dərinlik" konsepti əsasında Türkiyənin xarici siyasətinin müəyyənləşdirilməsində əhəmiyyətli bir rol oynamışdır. Onun vizyonunda, Türkiyənin coğrafi və mədəni bağlantıları, bölgədə liderlik rolunu oynamasına və təsirinin artmasına imkan verir. "Qonşularla Sıfır Problem" siyasəti, Türkiyənin ətrafındakı ölkələrlə münasibətlərini gücləndirməyə çalışan bir strategiya olaraq tanınır. Bununla birlikdə, qonşu ölkələrlə yaşanan gərginliklərə diqqət çəkərək bu siyasətin praktikada necə işlədiyi müzakirə mövzusu olmuşdur .
Davudoğlunun "Neo-Osmanlıçılıq" vizyonu, Osmanlı İmperiyasının ənənələrini yenidən canlandırmağa çalışan bir siyasət çərçivəsində müzakirə olunur. Bu, Türkiyənin bölgədəki nüfuzunu artırmağa və təsir sahəsini genişlətməyə yönlənmişdir. Lakin bu vizyonun praktikada gərginliklərə səbəb olduğu və bəzi tənqidçilərin "neo-imperializm" adlandırdığı bir durum yaratdığı qeyd edilir.
Davudoğlu dövründə yaşanan "Ərəb Baharı" hadisələrində demokratik hərəkatları dəstəkləmiş və özünü bir aktor kimi ön plana çıxarmışdır. Türkiyə, Orta Şərq ölkələri ilə yaxşı münasibətlər qurarkən,İsrail və Amerika Birləşmiş Ştatları ilə münasibətləri pisləşmişdir.Rusiya ilə münasibətləri isə 2015-ci ildə gərginləşsə də, regional maraqlar əsas plana çıxdığında, R.T. Ərdoğan tərəfindən gərginliyi azaltma çağırışları edilmişdir.
Açar sözlər: Strateji dərinlik, qonşularla sıfır problem,neo-ottomanism
Чичяк Насирли
Университет Хазар, магистрант
В период правления АКП роль Давутоглу во внешней политике Турции по отношению к Ближнему Востоку
РЕЗЮМЕ
В этой статье мы обсуждаем влияние внешней политики стратегии Ахмеда Давутоглу на Ближний Восток. Ахмед Давутоглу подходит к внешней политике Турции с идеалистической перспективой. Он развивает ряд принципов и концепций, веря в силу, историческое наследие, геостратегическое положение и другие характеристики Турции, и старается применять их на практике во внешней политике. Эпоха Давутоглу особенно отличается принципом "мягкой силы" во внешней политике.
Давутоглу сыграл значительную роль в определении внешней политики Турции на основе концепции "Стратегическая Глубина". По его видению, географические и культурные связи Турции позволяют ей играть лидирующую роль в регионе и увеличивать свое влияние. Политика "Нулевых Проблемов с Соседями" признана стратегией, направленной на укрепление отношений Турции с соседними странами. Однако, обсуждается, как эта политика работает на практике, особенно с учетом напряженных отношений с некоторыми соседними странами.Ракурс видения Давутоглу о "Нео-османизме" обсуждается как политика, направленная на восстановление традиций Османской империи с целью увеличения влияния Турции в регионе. Тем не менее, отмечается, что эта визия сталкивается с некоторыми критиками, которые называют это "неоимпериализмом" и утверждают, что она привела к напряженным ситуациям на практике.
В эпоху Давутоглу Турция поддерживала демократические движения во время событий "Арабской Весны" и активно выступала как ключевой игрок. В то время как Турция развивала хорошие отношения с странами Ближнего Востока, отношения с Израилем и США ухудшились. В отношениях с Россией возникли напряженные моменты в 2015 году, однако, когда на передний план вышли региональные интересы и политика, президентом Эрдоганом были сделаны призывы к снижению напряженности.
Ключевые слова: Стратегическая глубина, ноль проблем с соседями, нео-османизм.