ELEKTRON DEMOKRATİYA: MÜASİR SİYASİ İDARƏETMƏNİN YENİ FORMASI

Post image

UOT 32:004.738.5
https://doi.org/10.30546/3006-0346.2025.3.87.570

Turan Yusubov,

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı
[email protected]

XÜLASƏ
Bu məqalədə elektron demokratiya anlayışının nəzəri əsasları və müasir dövrdə siyasi idarəetməyə təsiri təhlil olunur. E-demokratiya informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə vətəndaşların qərarvermə prosesində daha fəal iştirakını təmin edən yeni bir idarəetmə forması kimi təqdim edilir. Məqalədə elektron idarəetmənin funksional mexanizmləri, onun səmərəlilik göstəriciləri və demokratik institutlarla əlaqəsi geniş şəkildə izah olunur. Müxtəlif ölkələrin elektron demokratiya sahəsindəki təcrübələri müqayisəli təhlil edilir və bu sistemin ictimai şəffaflıq, hesabatlılıq və vətəndaş iştirakı baxımından üstünlükləri vurğulanır. Azərbaycanın elektron demokratiya istiqamətində atdığı addımlar, qəbul olunan hüquqi-normativ sənədlər və tətbiq olunan texnoloji həllər üzərində xüsusi dayanılır. Məqalənin sonunda Azərbaycanda e-demokratiyanın gələcək inkişafı üçün tövsiyələr verilir.

Açar sözlər: elektron demokratiya, siyasi idarəetmə, informasiya texnologiyaları, vətəndaş iştirakı, Azərbaycan.

Turan Yusubov,
PhD candidate at the Institute of Philosophy and Sociology, Azerbaijan National
Academy of Sciences
[email protected]

SUMMARY
This article analyzes the theoretical foundations of e-democracy and its impact on modern political governance. E-democracy is presented as a new form of governance that enhances citizen participation in decision-making through the use of information and communication technologies. The functional mechanisms of electronic governance, its effectiveness, and its relationship with democratic institutions are thoroughly discussed. Comparative analysis of international experiences in e-democracy highlights the benefits of such systems in terms of transparency, accountability, and civic engagement. Special emphasis is placed on Azerbaijan's progress in implementing e-democracy, including relevant legal frameworks and technological solutions. The article concludes with recommendations for further development of e-democracy in Azerbaijan.

Keywords: e-democracy, political governance, information technologies, citizen participation, Azerbaijan.

Туран Юсубов,
докторант Института Философии и Социологии Национальной Академии
Наук Азербайджана
[email protected]

РЕЗЮМЕ
В данной статье рассматриваются теоретические основы электронной демократии и её влияние на современное политическое управление. Электронная демократия представлена как новая форма управления, способствующая более активному участию граждан в процессе принятия решений с помощью информационно-коммуникационных технологий. Подробно анализируются функциональные механизмы электронной демократии, её эффективность и связь с демократическими институтами. Сравнительный анализ международного опыта подчеркивает преимущества электронной демократии в аспектах прозрачности, подотчетности и гражданского участия. Особое внимание уделяется шагам, предпринятым Азербайджаном в области внедрения электронного управления, включая нормативно-правовую базу и технологические решения. В заключение представлены рекомендации по дальнейшему развитию электронной демократии в Азербайджане.

Ключевые слова: э-демократия, политическое управление, информационные технологии, участие граждан, Азербайджан.

PDF