ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN SİYASİ PROBLEMLƏRİ

Post image

UOT 32
https://doi.org/10.30546/3006-0346.2025.3.87.573

Kəmalə Nəsirova
Bakı Slavyan Universiteti,
doktorant
E-mail: [email protected]

Xülasə
Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan qaçqın və məcburi köçkün problemi təkcə humanitar deyil, həm də siyasi problem kimi Azərbaycan üçün prioritet təşkil edir. Bu məsələ beynəlxalq hüquq çərçivəsində Azərbaycanın mövqeyini möhkəmləndirir və eyni zamanda sülh prosesinin davamı üçün əsas amillərdən biridir. Ermənistanın Azərbaycana qarşı təcavüzü təkcə hərbi münaqişə deyil, həm də beynəlxalq hüquq və insan hüquqları baxımından ciddi pozuntular yaratmışdır. Bu təcavüz nəticəsində Azərbaycan öz ərazisinin təqribən 20%-ni itirmiş, həm də Azərbaycanın tale yüklü məsələsi dərin siyasi və diplomatik problem kimi gündəmə gətirilmişdir. XX əsrin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bölgədə ciddi humanitar böhran yaranmışdır. Bu münaqişə, xüsusilə 1988-1994-cü illər arasında intensivləşmiş və nəticədə Azərbaycandan yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu vəziyyət yalnız insan hüquqlarının pozulması deyil, həm də regional sabitlik üçün ciddi təhlükə təşkil edir. Məqalənin məqsədi Ermənistanın Azərbaycana hərbi təcavüzünün qaçqın və məcburi köçkünlərin üzləşdikləri siyasi problemlərini elmi cəhətdən təhlil etməkdir. Qaçqın və məcburi köçkün problemi beynəlxalq münasibətlərin aktual mövzusu olaraq qalırdı.

Açar sözlər: qaçqın, məcburi köçkün, deportasiya, Azərbaycan, təcavüz, Ermənistan, BMT, Qaçqınlar üzrə Ali Komisarlıq, Qarabağ münaqişəsi, geosiyasi təhlil,

Summary
The military intervention in Armenia is a major humanitarian problem, and it is a political problem that Azerbaijan has to prioritize. The issue of international justice in Azerbaijan must be solved by the authorities and the timely resolution process. Armenia's war against Azerbaijan is a military supremacy, which creates terrible positions on the basis of international law and human rights. The incidence of blood transfusions in Azerbaijan is approximately 20% higher. This is a political and diplomatic problem for Azerbaijan's problems. In the late 20th century, Armenia's invasion of Azerbaijan became a humanitarian crisis. In this regard, especially between 1988 and 1994, the intensification and development of Azerbaijan increased the number of poor and old people. If the country violates human rights, it represents a regional catastrophic land degradation. The purpose of Armenia and Azerbaijan is to analyze the political problems of military intervention and suffering through scientific evidence. Severe and chronic childhood problems may be related to the current state of affairs.

Keywords: Refugee, Internally Displaced Person, deportation, Azerbaijan, aggression, Armenia, UN, UNHCR. Karabakh conflict, geopolitical analysis.

PDF