2003-2020-ci illərdə Azərbaycanda iqtisadi inkişaf mərhələləri

Post image

ARZU QASIMOVA
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin böyük laborantı

E-mail: [email protected]

Məqaləni Azərbaycan və onun əhalisinin rifahını hər şeydən üstün tutan cənab Prezident İlham Əliyevin sözləri ilə başlamaq istəyirəm: “İnsanların həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifələrdən biridir. Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var.
Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güc­lü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm!” [5, s. 44].
Sağlam və etibarlı təməl üzərində qurulan hər bir dövlət uzun müddətli inkişaf prespektivi qazanmış olur. Bu baxımdan Azərbaycan dövlətinin də gələcəyi sağlam və etibarlı təməl üzərində qurulmuşdur. Bu təməllərin də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu amillər də dövlətimizin moderinləşməsi, güclənməsi və iqtisadiyyatımızın inkişafına şərait yaratmışdır. Ulu Öndərin bu siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
1994-cü ildə Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi və geopolitik sahənin inkişafı bu gün də neft strategiyasının inkişafında İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 16 il ərzində neft-qaz sektoruna 30 milyard dollardan artıq sərmayə qoyulmuş, geniş ixrac infrastrukturu yaradılmış və nəticədə ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmiş-dir. Buna misal olaraq Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa, Bakı - Novorossiysk neft və Bakı - Tbilisi - Ərzurum qaz kəmərlərini qeyd edə bilərik. Dövlət Neft Fondunun valyuta ehtiyatları hesabına həm müxtəlif sosialyönümlü layihələrin icrasına, həm də gələcək nəsillərin rifahına xidmət edilmişdir [7, s. 2].
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin məqsədi ölkənin tərəqqisinə nail olmaqdır. Bu da ölkəni xammal ixrac edən ölkədən sənaye məhsulu ixrac edən dövlətə çevirməyə xidmət edir.
Məlum olduğu kimi əsası Ulu Öndər tərəfindən qoyulmuş inkişaf strategi-yası bu gün də qabaqcıl dünya təcrübəsinə və milli iqtisadi reallıqlara əsaslanaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə milli iqtisadiyyatın davamlı inkişafı təmin edilmişdir. İstehsal və maliyyə potensialı, infrastruktur bazalarının yaradılması bir çox problemləri aradan qaldırmaqla yanaşı, regionlararası inkişafa səbəb olmuşdur [3].
Ölkə başçısının iqtisadi sahədə yürütdüyü siyasət regionlararası əlaqələri inkişaf etdirməkdir. Onun “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” adlı ilk fərmanı da məhz regionlararası iqtisadi inkişafa xidmət edirdi. Məqsəd və vəzifələrin coxcəhət-liliyi ilə diqqəti cəlb edən bu fərmanda regionların iqtisadi və sosial inkişaf sahələri öz əksini tapmışdır [3].
İlham Əliyevin apardığı siyasət nəticəsində təhsil və səhiyyə sahələri nəinki paytaxtda, eyni zamanda ətraf bölgələrdə də sürətlə inkişaf etmişdir. Bununla əlaqədar olaraaq paytaxtla yanaşı ətraf bölgələrdə də müasir idman obyektləri istifadəyə verilmişdir. Bu obyektlərin istifadəyə verilməsi təbii ki, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsi 4,9 faizə enmişdir. Halbuki bu rəqəm 2004-cü ildə 40,2 faiz təşkil edirdi [4].
Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsinə şərait yaratmışdır. Həyata keçirilən uğurlu siyasət və idarəçilik təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, müstəqiliyimizin möhkəmləndirilməsinə, dövlətimizin qüdrətinin artmasına və xalqımızın rifahının yüksəlməsinə xidmət edir.
Vaxtında həyata keçirilən məqsədyönlü islahatlar və icra olunan layihələr Azərbaycanı regionda hər bir sahədə iqtisadi və siyasi mərkəzin inkişafına çevirmişdir. Dövlət başçısının rəhbərliyi ilə qəbul edilmiş Dövlət proqramlarının və “Strateji yol xəritələri”nin dəqiqliklə icrası olunması inkişafı sürətləndirməklə yanaşı onun əhatə dairəsini də genişləndirmişdir. Bütün bu inkişaflar Prezident İlham Əliyevin düzgün şəkildə yürütdüyü daxili və xarici siyasətin nəticəsidir [4].
Yaxın 17 il ərzində əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi, müxtəlif sahələrin inkişaf etməsinə şərait yaratmışdır. Respublikanın qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq regionların balanslı və davamlı inkişafı sürətlənmiş, bu da eyni zamanda əhalinin sosial-rifahının yaxşılaşmasına şərait yaratmışdır. Qeyri-neft sektorunun inkişafı iqtisadi sahələrin inkişafına müsbət təsir göstərməklə yanaşı insanların sosial rifanın yaxşılaşdırılmasına da şərait yaratmışıdr.
Ölkə başçısının həyata keçirdiyi uğurlu iqtisasdi və siyasi islahatlar Azərbaycanın iqtisadi rəqabət qabiliyyətini və dayanıqlığını artırmışdır. Xüsusilə İlham Əliyevin 2016-cı il mart ayının 16-da imzaladığı sərancam ölkədə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsinə və sistemli xarakter almasına xidmət edir.
Ölkə başçısının tapşırığı ilə hazırlanan və həyata keçirilən iqtisadiyyatın yeni inkişaf strategiyasını zəruri edən səbəbləri aşağıdakı qaydada sıralamaq olar:
1. İnkişaf edən qlobal və regional perspektivlər:
Dünyada gedən siyasi və iqtisadi proseslər, həmçinin, dördüncü Sənaye İnqilabı, ticarət müharibələri, yeni infrastruktur layihələrinin inkişaf etdirilməsi ölkə iqtisadiyyatını yeni perspektivlər və çağırışlarla üz-üzə qoymuşdur. Bununla əlaqədar olaraq ölkə başçısı İlham Əliyevin göstərişilə hal-hazırda iqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır.
2. Yeni tarazlıq nöqtəsi eyni zamanda yeni inkişaf xəttinin başlanğıcıdır:
2015-ci ilə qədər prezidentin rəhbərliyi altında üç dəfədən çox böyümüş iqtisadiyyatı post-neft dövründə xarici şokları da dəf etməklə belə bir baza əsasında təkrar davamlı inkişaf xəttinə çıxarmaq qarşıya qoyulan əsas məqsəd idi. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən strateji yol xəritələrinə uyğun olaraq: 1. 2016-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı xarici şokların mənfi təsirindən uzaqlaşaraq inkişaf etməyə başladı; 2. 2017 və 2018-ci ildə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xətti yüksəldi. 3. 2019-2020-ci illərdə Azərbaycanın iqtisadi artımın daha da yüksək pilləyə çıxması ilə, rəqabətliliyin artırılması və dünya iqtisadiyyatına sürətli inteqrasiyanın daha da dərinləşməsi dövrü hesab edilir. 2019-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatı yüksəliş xəttinin növbəti inkişaf mərhələsinə qədəm qoydu.
3. İqtisadi artım yeni mərhələyə qədəm qoyur:
qeyri-ticari sektorla müqayisədə ticari sektor daha çox drayver rolunu oynamalıdır. Ümumiyyətlə, iqtisadi artımın keyfiyyəti daha çox yüksəlməlidir. Dövlət investisiyalarının qidalandırdığı iqtisadi model, iqtisadi artımda neft sahəsi ilə müqayisədə qeyri-neft sahəsi, dövlət bölməsinə baxanda islahatların transformasiya etdiyi, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənir. 2018-ci ildə cənab Prezident iqtisadiyyatla bağlı bu sözləri deyib:
“Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiri-rik.” Beləliklə, iqtisadiyyat yeni inkişaf mərhələsinə qədəm qoyur.
4. Fiskal (büdcə-vergi) dayanıqlılıq və monetar siyasətdə yeni praktik həllər: Proqram büdcəsi, büdcə qaydaları və dövlət borcunun idarəedilməsi strategiyasına keçid 2020-ci ildən başlayaraq fiskal siyasətdə yeni və daha ətraflı yanaşmanı tələb edir. Vergilər və dövlət xərcləri dəyişdiyi zaman, bu siyasət bəzi makroiqtisadi göstəricilərə təsir edə bilir.
Monetar siyasət fiskal siyasətdən fərqli olaraq bank tərəfindən pul təklifinə, faiz dərəcəsinə və məcburi ehtiyat normasına təsir edir.
5. Yeni iqtisadi drayverlər yeni strategiya ilə yönləndirilməlidir: Azərbaycanda post-neft dövrü üçün iqtisadiyyatın əsas inkişaf qolları bunlardır: 1. Qeyri-neft sənayesi; 2. Aqrar sahə; 3. Xidmət sektoru ; 4.Tikinti. Post-neft dövründə iqtisadiyyatın yeni strukturunun (yeni drayverlərin müəyyənləşməsi fonunda) formalaşması əsasən tamamlanır. Bundan sonrakı dövürdə yeni struktura uyğun olaraq iqtisadi inkişafın təmin edilməsinə sistemli yanaşmanı özündə əks etdirən iqtisadiyyatın yeni inkişaf strategiyasının yaradılması məqsədəuyğundur. Bu sırada 4-cü Sənaye İnqilabının Azərbaycanda qlokalizasiya edilməsi və biznes mühitinin daha da təkmilləşdirilməsi zərurəti var.
6. Miqyasın genişlənməsi və yeni bazarlara çıxış: İqtisadiyyatın miqyas effektliyi sübut edir ki, hər bir milli iqtisadiyyat o halda uğurlu inkişaf etmiş sayıla bilər ki, kifayət qədər həcmi böyük olan bazarlara çıxışı olsun. Ticarət müharibələrinin fonunda yeni xarici iqtisadi fəaliyyət istiqamətlərinin konturlarını müəyyən edən Azərbaycan, xarici bazarlara çıxış imkanlarını yenidən qiymətləndirə bilər.
7. 2020-ci il əsas icra planlarının son ili kimi: Strateji yol xəritələrinin iqtisadi inkişaf strategiyası və tədbirlər planı 2025-ci ilədək və ondan sonrakı dövr üçün hədəf baxışını özündə əks etdirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası 2020-ci ildə yekunlaşır. Bununla yanaşı “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın, eyni zamanda bir çox sahəvi proqramın da (2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzüm­çü­lüyün inkişafına dair Dövlət Proqramı və s.) icrası 2020-ci ildə yekunlaşır. Beləliklə, post-2020-ci il üçün iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlanması zərurəti yaranıb [12].
8. Yaxşı idarəetmə və açıq hökumət həlləri: Elektron hökumətdən rəqəmsal hökumətə, reaktiv yanaşmadan proaktiv yanaşmaya, one-stop-shop-dan non-stop-shopa keçid, həmçinin big data və rəqəmsal həllərin inkişafı idarəetməni daha səmərəli, hesabatlı və şəffaf edəcəkdir. Bu mənada məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi yeni dövrün tələbidir. Bunun üçün iqtisadiyyatın yeni inkişaf strategiyasına ehtiyac var [8].
9. Sosial bazar modeli və yeni dövrün tələbləri: Yeni dövrdə icbari tibbi sığortanın tətbiqi və təhsil islahatları, əhalinin sosial yaşayışının yaxşılaşması, dövlət və vətəndaş arasında dialoq, sosial infrastrukturun və insan kapitalının inkişafı baxımından yeni perspektivlər ortaya qoyur. İqtisadiyyatın yeni inkişaf strategiyası artan iqtisadi imkanları insan amilinə xidmətə istiqamətləndirəcək.
Azərbaycan iqtisadiyyatının son illərdə 300 faiz artması ilə əlaqədar olaraq yoxsulluq və işsizlik səviyyəsi sürətlə azalmaqdadır. Hazırda bu göstəricilər beş faizə qədər azalmışdır. Qeyri-neft sənayesi isə digər illərlə müqayisədə 8,4 faizə qədər artmışdır.
Hal-hazırda dünyada baş verən hərbi, siyasi və maliyyə böhranının sürətlə dərinləşməsinə baxmayaraq ölkədə iqtisadi inkişafı qoruyub saxlamaq, təbii ki, böyük nailiyyətdən xəbər verir.
Son dövrdərdə Azərbaycanda yerli istehsala üstünlük verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması yönündə və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar aparılır.
Davos İqtisadi Dünya Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə Azərbaycanı 40-cı yerə, MDB məkanında isə birinci yerə layiq görmüşdür [9].
Əlbəttə ki, qeyri-neft sektoru iqtisadi inkişafı­mızda əsas yer tutur. Azərbaycan iqtisadiyyatının çox şaxəli inkişafına baxmayaraq qeyri-neft sekto­ru daxili məhsulun təxminən 70-faizini təşkil etməkdədir.
2003-cü ildən 2012-ci ilə qədər sənaye sahələri 3,8, nəqliyyat və İKT sektoru 3,2, ticarət isə 2,9 dəfə artmışdır. Doqquz il ərzində yeni məhsul növlərinin istehsalı, innovasiya xarakterli texnologiyaların tətbiq edilmiş, yeni müəssisəllər yaradılmış, müəssisələrin istehsal potensialı artmışdır.
İlham Əliyev prezident olduğu vaxtdan – bir neçə xarici ölkələrlə iqtisadi, sənaye, neft-qaz və investisiya layihələri hazırlanmış və imzalanmışdır. Buna misal olaraq 2007-ci il avqustun 28-də Azərbaycan və Qətər dövləti arasında bir sıra layihələrə imzalar atıldı.
Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qətər Ticarət və Sənaye Palatası arasında Müştərək Biznes Şurasının (MBŞ) təsis edilməsi barəsində memorandum imzalandı [10].
İlham Əliyevin prezidentliyi dövründə iqtisadiyyatın inkişası üçün bir çox mühüm addımlar atılmış, Azərbaycan neftinin dünya bazarına, o cümlədən Avropa bazarına çıxarılmasına imkan verilmişdir.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi bir sıra qlo­bal layihələr başa çatdırılmışdır [1, s. 18; 6, s. 10].
Bildiyimiz kimi 2006-cı ildən artıq Bakı-Tbilisi-Ceyhan boru xətti istismara verilmişdir.
Şərqi Asiya dövlətlərinin əksəriyyəti əvvəlcə iqtisadi islahatlar həyata keçirmiş və yalnız bundan sonra siyasi islahatlara başlamışdır. İlham Əliyev də bu siyasətdən istifadə etmiş və uğurla davam etməkdədir.
XX əsrin çox böyük iqtisadçısı “Köləliyə aparan yol” adlı kitabın müəllifi Fridrix Avqust Fon Xayekin öz kitabında qeyd etdiyi kimi insan ilk öncə daxilindəki iqtisadiyyatın güclənməsindən əmin olmalı, daha sonra isə xarici iqtisadi əlaqəliri inkişaf etdirməlidir.
2003-cü ildə İlham Əliyevin prezidentliyinin birinci müddətində əsas yeri məhz bu tezis tuturdu.
İlham Əliyevin II prezidentliyi dövründə qarşıda duran bir neçə məsələlərin həll olunması qarşıya məqsəd kimi qoyulmuşdu. Bunlardan biri, iqtisadiyyatın intensiv moderinləşməsinə başlamaq; 600.000 nəfəri iş yerləri ilə təmin etmək, orta sinfin formalaşmasının əsasını qoymaq, yüksələn xətlə inkişafı təmin etməklə milli iqtisadiyyatı liberallaşdırmağa başlamaq, ölkədə yoxsulluğu minimum səviyyəyə endirmək.
2003-2018-ci illərdə Azərbaycan sürətlə inkişaf edən ölkələr siyahısına düşdü. Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 1,4 dəfə çoxaldı. Azərbaycan valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırıldı. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyul­du. Azərbaycan iqtisadiyyatı rəqabətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı yerdə qərarlaşdı. Formun “inkluziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında üçüncü yerə yüksəldi. Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olundu [11].
Bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi uğurla davam edir. Dövlət xətti ilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyələşdirilməsinə milyonlarla manat güzəştli kreditlər ayrılır. Aqrar sektor geniş inkişaf yoluna çıxıb və Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir.
Konkret demək olar ki, gələcəkdə iqtisadiyyatı inki.af etdirməklə dayanıqlı iqtisadi artıma nail olunması, makroiqtisadi sabitliyin qorunması, iqtisadi islahatların aparılması, qeyri-neft sektorunun və sahibkarlığın dəstəklənməsi, sənaye potensialının daha da gücləndirilməsi, ixracın artırılması, aqrar-sənaye kompleksinin və regionların inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, işsizlik və yoxsulluq səviyyəsinin minimal həddə saxlanılması və s. hökumətin fəaliyyətinin əsas prioritet istiqamətləri olaraq nəzərdə tutulmuşdur [2].
Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin ölkəmizin idarə edilməsi və sosial-iqtisadi inkişafı ilə bağlı aydın və konkret baxışlara, siyasi iradəyə malik olması, dövlət başçısı tərəfindən bütün sahələr üzrə konkret dövlət proqramlarının təsdiqlənməsi və onların artıq icrasına başlanılması müəyyən edilmiş vəzifələrin reallaşmasına təminat verir.
Beləliklə, 2003-2020-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Lakin milli iqtisadiyyatını formalaşdırmaqda olan Azərbaycan Respublikası müstəqil və gənc dövlət olaraq iqtisadi dayaqlarını daha da möhkəmləndirməli, yeni dövrün çağırışlarını özünün sosial-iqtisadi həyatında daha çevik nəzərə almalıdır. Azərbaycan xalqı bu vəzifələrin məhz İlham Əliyev tərəfindən daha uğurla həyata keçirilə biləcəyini nəzərə alaraq dövlətimizin idarə edilməsini tərəddüd etmədən Cənab Prezident İlham Əliyevə etibar edir.

Açar sözlər: Ulu Öndər, Heydər Əliyev, İlham Əliyev, Azərbaycan, neft, qaz, aqrar iqtisadiyyat, Bakı - Tbilisi - Ceyhan, Bakı – Supsa.

Ədəbiyyat siyahısı
1. Ağamalı Z.T., Azərbaycanın neft strategiyasi və ölkənin sosial-iqtisadi inkişafinda onun rolu. Magistr dissertasiyasi, Bakı-2015. -95 s.
2. Bayramov V.B., Azərbaycanın yeni inkişaf strategiyasında – Strateji Yol xəritələrində nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. Xalq qəzeti, 14 avqust, 2020-ci il.
3. Əhmədov M.A., Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişaf strategiyası. Xalq qəzeti, 30 aprel, 2018-ci il.
4. Əhmədzadə Ə.C., Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Dövlət proqramlarının və “Strateji yol xəritələri”nin icrası inkişafın dinamizmini artırır. Səs qəzeti, 22 dekabr, 2017-ci il.
5. Əliyev İ.H., İnkişaf – məqsədimizdir, 1-ci kitab, Bakı-2008, Azərnəşr nəşriyyatı. -424 s.
6. Mehdiyev R.Ə., Yeni siyasət: inkişafa doğru, Bakı-2008, Oskar NPM nəşriyyatı. -581 s.
7. Paşayev H.M., Xalqa və dövlətə şərəfli xidmət missiyası, Azərbaycan qəzeti, 2 may, 2010-cu il.
8. https://banco.az › iqtisadiyyatin-yeni-inkisaf-strategiyas.
9. https://president.az/articles/17550/print
10. http://www.e-qanun.az/framework/13811
11. https://axar.az/news/siyaset/335058.html
12. https://vergiler.az/news/economy/2025.html

Резюме

Арзу Касымова
Этапы экономического развития Азербайджана в 2003-2020 гг

Достижения Президента Ильхама Алиева, основанные на политике устойчивого и динамичного роста, получили дальнейшее развитие. В течение этого периода была сохранена макроэкономическая стабильность, ускорилась диверсификация экономики, в том числе развитие не нефтяных секторов и регионов, была достигнута стабильность национальной валюты и надежность банковской системы, усилилась государственная поддержка предпринимательства, социальное благосостояние населения непрерывно улучшалось. В целях систематической и последовательной реализации мер, предусмотренных для диверсификации экономики, Президент подписал соответствующие указы и распоряжения о «Государственной программе для социально-экономического развития регионов Азербайджанской Республики на 2009-2013 года», «Государственной программе развития по сокращению бедности в Азербайджанской Республике на 2008-2015 года», а также дополнения к программе, внесенные указом Президента от 8 февраля, в том числе о «Государственной программе по надежному обеспечению населения Азербайджанской Республикой продовольствием на 2008-2015 года». Кроме того, был утвержден целый ряд отраслевых программ развития, которые успешно продолжают реализовываться к настоящему моменту.

Ключевые слова: Великий вождь Гейдар Алиев, Ильхам Алиев, Азербайджан, нефть, газ, аграрная экономика, Баку-Тбилиси-Джейхан, Баку-Супса.


Summary

Arzu Qasımova
Stages of Azerbaijan's economic
development in 2003-2020

Achievements of President Ilham Aliyev, based on the policy of sustainable and dynamic growth, were further developed. During this period, macroeconomic stability was maintained, diversification of economy accelerated, including development of non-oil sectors and regions, stability of national currency and reliability of the banking system were achieved, state support for entrepreneurship increased, and social welfare of population was continuously improving. In order to systematically and consistently implement measures envisaged for the diversification of economy, the President signed relevant decrees and orders on the "State program for socio-economic development of regions of the Republic of Azerbaijan for 2009-2013", "State development program for poverty reduction in the Republic of Azerbaijan for 2008-2015", as well as additions to the program introduced by the presidential decree on 8th of February, including the "State program for sufficient supplies provision for population in the Republic of Azerbaijan for 2008-2015". In addition, a number of development programs of economic sectors were approved and continue to be successfully implemented to date.

Key words: Great Leader Heydar Aliyev, İlham Aliyev, Azerbaijan, oil, gas, agrarian economy, Baku - Tbilisi - Ceyhan, Baku – Supsa