UOT 94
DOI: https://doi.org/10.30546/3006-0346.2025.2.86.251
SƏBİNƏ HƏSƏNOVA
Bakı Dövlət Universitetinin doktorantı
E-mail: [email protected]
https://orcid.org/0009-0005-8979-1498
XÜLASƏ
Azərbaycan və Çexiya arasında diplomatik münasibətlər 1993-cü ildə qurulmuş və bu müddət ərzində qarşılıqlı hörmətə və strateji maraqlara əsaslanan əməkdaşlıq formalaşmışdır. Dövlət başçılarının həyata keçirdiyi qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynamışdır. Görüşlər nəticəsində enerji, ticarət, nəqliyyat, təhsil və mədəniyyət sahələrində bir sıra mühüm sazişlər imzalanmış, əməkdaşlığın hüquqi bazası genişlənmişdir.
Xüsusilə enerji sahəsində Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş kimi çıxış etməsi və Çexiyanın bu əməkdaşlığa verdiyi önəm, münasibətləri strateji səviyyəyə yüksəltmişdir. Eyni zamanda, Çexiyanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək siyasi münasibətlərin güclənməsində mühüm amil olmuşdur.
Ümumilikdə, dövlət başçılarının görüşləri Azərbaycan–Çexiya əlaqələrinin siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafına təkan verən əsas mühərrik rolunu oynayır və bu əməkdaşlığın gələcəkdə də dərinləşəcəyini göstərir.
Açar sözlər: Diplomatik münasibətlər, prezident səfərləri, enerji əməkdaşlığı, iqtisadi əlaqələr, ərazi bütövlüyü, strateji tərəfdaşlıq.
SABINA HASANOVA
PhD student at Baku State University
CZECHIA–AZERBAIJAN: MEETINGS OF HEADS OF STATE
SUMMARY
Diplomatic relations between Azerbaijan and the Czech Republic were established in 1993, and during this period, cooperation based on mutual respect and strategic interests has been formed. Mutual visits and meetings of the heads of state have played an important role in strengthening relations between the two countries. As a result of the meetings, a number of important agreements were signed in the fields of energy, trade, transport, education and culture, and the legal basis of cooperation has expanded.
Azerbaijan's performance as a reliable partner for Europe, especially in the field of energy, and the importance that the Czech Republic attaches to this cooperation, have raised relations to a strategic level. At the same time, the Czech Republic's support for the territorial integrity of Azerbaijan has been an important factor in strengthening political relations.
In general, the meetings of the heads of state play the role of the main engine that drives the sustainable development of Azerbaijani-Czech relations in the political, economic and humanitarian spheres and indicate that this cooperation will deepen in the future.
Keywords: Diplomatic relations, presidential visits, energy cooperation, economic relations, territorial integrity, strategic partnership.
ГАСАНОВА САБИНА
Докторант Бакинского Государственного Университета
ЧЕХИЯ–АЗЕРБАЙДЖАН: ВСТРЕЧИ ГЛАВ ГОСУДАРСТВ
РЕЗЮМЕ
Дипломатические отношения между Азербайджаном и Чешской Республикой были установлены в 1993 году, и с тех пор сотрудничество между двумя странами развивалось на основе взаимного уважения и стратегических интересов. Важную роль в укреплении двусторонних связей сыграли взаимные визиты и встречи глав государств. В результате этих встреч были подписаны значимые соглашения в таких сферах, как энергетика, торговля, транспорт, образование и культура, что способствовало расширению правовой базы сотрудничества.
Особое значение в отношениях занимает энергетическое сотрудничество: Азербайджан зарекомендовал себя как надёжный партнёр Европы в сфере поставок энергоресурсов, а Чехия выражает интерес к укреплению этих связей. Также важным фактором является поддержка Чехией территориальной целостности Азербайджана, что способствует углублению политического диалога.
В целом, встречи президентов служат движущей силой устойчивого развития азербайджано-чешских отношений в политической, экономической и гуманитарной сферах и свидетельствуют о потенциале их дальнейшего углубления.
Ключевые слова: Дипломатические отношения, президентские визиты, энергетическое сотрудничество, экономические отношения, территориальная целостность, стратегическое партнерство.