Mədəni Mirasın Paylaşılması: Azərbaycan və Türkiyə Arasındakı Etno-Mədəni Təsirlər

Post image

UOT:94(479,24),930:314
https://doi.org/10.30546/3006-0346.2024.6.84.050

Şahismayıl İsmayılov
Azərbaycan Dillər Universiteti,
Azərbaycan Universiteti, tarix üzrə fəlsəfə doktoru, dosent
E-mail: [email protected]
ORCID: https://orcid.org/0000-0002-7441-3575

Xülasə
XX əsrin 90-cı illərinin əvvəlində SSRİ-nin dağılması ilə Azərbaycan müstəqilliyini bərpa etdi. 1991-ci ildə qəbul edilən dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan beynəlxalq aləmdə öz yerini tutmağa başladı. İlk olaraq Türkiyə Azərbaycanın müstəqilliyini tanıdı və iki ölkə arasında qardaşlıq əlaqələri gücləndi. Azərbaycan xarici siyasətini sülhsevərlik və milli maraqlar əsasında qurdu, dünya ölkələri ilə qarşılıqlı faydalı əlaqələr yaratmağa çalışdı.
Azərbaycan və Türkiyə arasında tarixi, mədəni və dini yaxınlıq, eləcə də iqtisadi əməkdaşlıq əlaqələri möhkəmləndi. Xüsusilə, Ümid körpüsünün tikilməsi və digər strateji layihələr iki ölkə arasında əlaqələri daha da dərinləşdirdi. 1990-cı illərin əvvəllərində başlayan bu əməkdaşlıq bu günə qədər həm siyasi, həm də iqtisadi sahələrdə əhəmiyyətli nəticələr vermişdir.

Açar sözlər: Müstəqillik, SSRİ, Heydər Əliyev, Konstitusiya Aktı, İslam Konfransı Təşkilatı.

Sharing of Cultural Heritage: Ethno-Cultural Influences Between Azerbaijan and Turkey

Summary
In the early 1990s, with the dissolution of the Soviet Union, Azerbaijan regained its independence. Following the adoption of the Constitutional Act on State Independence in 1991, Azerbaijan began to establish its place in the international community. Turkey was the first country to recognize Azerbaijan's independence, strengthening the fraternal ties between the two nations. Azerbaijan's foreign policy was based on principles of peace and national interests, aiming to foster mutually beneficial relations with countries around the world.
The historical, cultural, and religious bonds between Azerbaijan and Turkey were reinforced, alongside economic cooperation. Significant initiatives, such as the construction of the Umid (Hope) Bridge and other strategic projects, further deepened their bilateral relations. This collaboration, initiated in the early 1990s, has continued to yield substantial political and economic benefits to this day.

Keywords: Independence, USSR, Heydar Aliyev, Constitutional Act, Organization of Islamic Cooperation.

PDF