UOT 94(479.24)
https://doi.org/10.30546/3006-0346.2024.6.84.054
Günay Məmmədzadə
Azərbaycan Milli Elmlər Akademiyası
A.A.Bakıxanov adına Tarix və Etnologiya
İnstitutunun doktorantı
E-mail: [email protected]
Orcid: 0000-0003-3929-4256
Xülasə
Tarixən türk dövlətlərində qadınlar kişilərlə bərabər mühüm siyasi hadisələrdə yaxından iştirak etmiş və hətta döyüş səhnələrində qəhrəmanlıq göstərmişlər. Ağqoyunlu sarayında tarixi mənbələrdə bizə məlum olan bir çox qadın vardır. Onlardan biri də Səlcuqşah bəyimdir ki, Uzun Həsənin xanımı və oğullarının anasıdır. Tarixi qaynaqlar onun güclü siyasi portretini bizə təqdim etməklə yanaşı, sarayda, dövlət idarəçiliyində və xeyriyyə işləri ilə yaxından məşğul olduğunu açıqlayır. Uzun Həsənin xanımı olaraq həm divan işləriylə məşğul olmuş, xeyriyyəçilik fəaliyyəti göstərmiş, həm də oğullarını gələcək həyata hazırlamışdır. Səlcuqşah bəyim oğullarının hakimiyyəti dövründə öz fəaliyyətini davam etdirmişdir. Bu məqalədə məqsədimiz Səlcuqşah bəyimin həyatı, saraydakı fəaliyyəti və dövlət idarəçiliyində roluna aydınlıq gətirməkdir.
Açar sözlər: Ağqoyunlu, Uzun Həsən, Səlcuqşah bəyim, Sultan Xəlil, Sultan Yaqub.
SELJUGSHAH BEYIM, THE POWERFUL ANGEL OF THE AGGOYUNLU STATE
SUMMARY
Historically, in Turkish states, women have closely participated in important political events along with men and have even shown heroism in battle scenes. There are many women known to us in historical sources in Aggoyunlu palace. One of them is Seljugshah Beyim, who is the wife of Uzun Hasan and the mother of his sons. In addition to presenting us with a strong political portrait of him, historical sources reveal that he was closely involved in the palace, state administration, and charity work. As the wife of Uzun Hasan, she was engaged in divan work, performed charity work, and prepared her sons for the future life. Seljugshah Beyim continued her activities during the reign of his sons. Our goal in this article is to clarify the life of Seljugshah Beyim, her activities in the palace and her role in state administration.
Key words: Aggoyunlu, Uzun Hasan, Seljugshah Beyim, Sultan Khalil, Sultan Yaqub.