UOT:94(479.24), 930.2
https://doi.org/10.30546/3006-0346.2024.6.84.052
Aytən İmanova
Azərbaycan Milli Elmlər Akademiyası
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
dissertantı, böyük elmi işçi
E-mail: [email protected]
Orcid: 0009-0002-9076-7872
Xülasə
Məqalənin əsas məqsədi Azərbaycanın tarixi ərazilərində uzun illər davam etmiş, Rusiya müstəmləkəçiliyinin əsasını təşkil edən “parçala hökm sür” siyasətinin müəyyən dönəmini yenidən araşdırmaqdır. Zamanın prizmasından baxarkən siyasi tarixi hadisələrə münasibət və yanaşma siyasi dönəmlərin abu-havasına uyğun olaraq dəyişmişdir. Cənubi Qafqazda türk-müsəlman xalqları ilə çarizmin Azərbycan torpaqlarına köçürdüyü ermənilər arasında milli münaqiş tarix boyunca dəfələrlə təkraralanmışdır. Bildiyimiz kimi XX əsrin əvvəllərindən başlayaraq bütün dünyanı bürüyən iqtisadi böhranlar (1900-1903-cü və 1908-1909-cu illər), Rusiya imperiyasının xarici siyasətini iflasa uğradan Rus-Yapon müharibəsindəki məğlubiyyəti, 19 sentyabr (2 oktyabr) 1905-ci il tarixindən tətil hərəkatı kimi başlanan və 1907-ci ildə 17 Oktyabr manifesti ilə sonlanan inqilabi hərəkat, sərt diktatura rejiminin yumşalması, söz, mətbuat azadlığı üçün zəmin yaratmış, Azərbaycanda siyasi fəallığı artırmış, milli azadlıq hərəkatının xarakterinin və istiqamətinin dəyişməsinə səbəb olmuş, ziyalıların ana dilində mətbuat orqanlarının nəşrini bərpa etməsi, siyasi partiyaların, cəmiyyətlərin, dərnəklərin fəaliyyəti üçün şərait yaratmışdı. Hökumət bunun qarşısını almaq məqsədilə müxtəlif tədbirlərə əl atmağa başlayır. Müstəmləkə xalqları arasında milli ədavətin qızışdırılması bu tədbirlərin ən başlıcası idi. Təəssüf ki, Azərbaycan 1991-ci ildə siyasi müstəqilliyini yenidən bərpa edənə kimi tariximizin araşdırılması qadağan olunmuş və təhrif edilmiş səhifələrindən biri də məhz milli münasibətlər və onların milli-azadlıq hərəkatının gedişinə və inkişafına olan təsiridir. Azərbaycan ərazisində müasir dövrümüzdə milli münasibətlər zəminində Qarabağ münaqişəsi, beynəlxalq aləmin ssn illərə qədər Azərbaycana qarşı təzyiqləri və ayrı-seçkilik əks etdirən siyasətləri bu münaqışənin tarixi köklərinin tədqiq olunmasının hər zaman aktual olduğunun sübutudur.
Araşdırmanın metodu və metodologiyası. Müəllif mövzunu araşdırarkən həmin dövrdə yaşamış ziyalıların şəxsi arxivlərində qorunan materiallara müraciət etmişdir. Şəxsi arxivlər müxtəlif xarakterli sənədlərdən təşkil olunmuş və əsas hissəsi müəlliflərn əlyazmalar şəklində əsərlərinin müxtəlif nüsxələrindən, xatirələr, məktublar, gündəliklər və s. ibarətdir. Tədqiqata cəlb olunan materialların bir hissəsi müxtəlif illərdə çap olunmuş, bəzisi isə elmi dövriyyəyə ilk dəfə daxil edilmişdir.
Məqalənin yeniliyi ondadır ki, müəllif siyasi tarixi hadisələri ədəbi irs əsasında araşdırmağa cəhd etmişdir. Ədəbi əsərlər yaradarkən müəlliflərinin tarixi mənbələrə müraciəti və onlardan geniş istifadə olunması təcrübəsi əsrlərdir ki, həyata keçirilir. Lakin ədəbi abuidələr əsasında tarixin izlərinin araşdırılması təcrübəsi yaxın keçmişdən başlanmış və əsasən tarixi keçmişimizin epik əsərlər əsasında tədqiq olunmasına cəhd edilmişdir.
Nəticə olaraq, müəllifin fikrincə, Azərbaycan siyasi tarixi, xüsusilə də milli-azadlıq hərəkatını istiqamətləndirən milli oyanış ideyalarının təşəkkül tarixi təkcə tarix elmi əsasında deyil, digər elmlərin, xüsusilə də ədəbiyyatın və fəlsəfənin kontekstində öyrənilməlidir. Xalqımız müstəqilliyini itirdiyi ilk illərdə mövcud milli-mənəvi dəyərləri qorumaq, itirilmişləri isə yenidən bərpa etmək uğrunda mücadiləyə başlamışdır. Milli azadlıq hərəkatının bu ilkin dönəminə ziyalılar öncüllük etmişlər. Müasir tarixi şəraitdə də beynəlxalq proseslərdən kənarda qalmamaq şərtilə müstəqilliyi və milliliyi qorumaq, milli mənəviyyatı inkişaf etdirmək, müasir təfəkkürlü düşünən milli zəkalar yetişdirmək günümüzün əsas məsələləridir. Bu baxımdan millətlərarası münasibətlər tarixinin dərindən və yeni baxış müstəvisindən tədqiq etməyin, tarix boyunca dəfələrlə təkrarlanan milli ünaqişlərə zamanı ziyalılarımızın xidmətlərini araşdırmağın müstəsna əhəmiyyəti vardır.
Açar sözlər: Məmməd Səid Ordubadi, şəxsi arxivlər, milli münaqişə, Seyid Əzim Şirvani, Difai.
Events of 1905-1906 in Personal Archives
(Based on materials from the archive collection of the AMEA named after M. Fuzuli)
SUMMARY
The main purpose of this article is to revisit a particular period in the history of Azerbaijani lands under Russian colonial rule, characterized by a "divide and rule" policy. Viewing historical political events through the prism of time reveals that attitudes and approaches towards these events have shifted in line with the political environment. The history of ethnic conflicts between the Turkic-Muslim peoples of the South Caucasus and the Armenians relocated to Azerbaijani lands by Tsarist Russia has recurred repeatedly. Starting in the early 20th century, global economic crises (notably in 1900-1903 and 1908-1909), along with Russia's defeat in the Russo-Japanese War, led to significant shifts. The revolutionary movement that began with the strike on September 19 (October 2), 1905, and culminated in the Manifesto of October 17, 1907, gradually softened the authoritarian regime. This easing of restrictions opened up space for freedom of speech and the press, increasing political activism in Azerbaijan and changing the character and direction of the national liberation movement. The recent changes, as symbols of a broadening national movement, inevitably caused concern for the Russian autocracy. In response, the government began implementing various measures to counteract this movement, the primary of which was stoking ethnic animosity among colonized nations. Unfortunately, until Azerbaijan regained its political independence in 1991, the study of our history remained restricted and distorted, particularly regarding ethnic relations and their impact on the trajectory and development of the national liberation movement. In modern times, the Karabakh conflict, along with pressures and discriminatory policies directed at Azerbaijan by the international community over recent years, serves as evidence that investigating the historical roots of this conflict remains highly relevant.
Method and Methodology of the Research. In researching the topic, the author consulted materials preserved in the personal archives of intellectuals who lived during that period. These archives include various types of documents, such as manuscripts of works in multiple versions, memoirs, letters, diaries, etc. Some of these materials had been published at different times, while others were introduced to scientific discourse for the first time.
Originality of the Article: The novelty of this article lies in the author’s attempt to examine political historical events through the lens of literary heritage. For centuries, authors have drawn extensively on historical sources in creating literary works. However, the practice of investigating historical traces based on literary monuments is relatively recent and has primarily focused on studying our historical past through epic works.
In conclusion, the author believes that the history of Azerbaijani political history, especially the formation of ideas underpinning the national liberation movement, should be studied not only from a historical perspective but also through the lenses of literature and philosophy. In the early years following the loss of independence, our people began a struggle to preserve existing national and spiritual values and to restore what had been lost. Intellectuals led this initial stage of the national liberation movement. In the present historical context, safeguarding independence and national identity, fostering national spirituality, and cultivating modern, forward-thinking minds are primary issues of our time, while remaining engaged in international processes. In this context, a thorough and renewed examination of the history of interethnic relations, as well as an exploration of the contributions made by our intellectuals during recurring ethnic conflicts throughout history, is of exceptional importance.
Keywords: Mammad Said Ordubadi, personal archives, ethnic conflict, Seyid Azim Shirvani, Difai.
События 1905-1906 годов в личных архивах
(По материалам Института Рукописей
им. М. Физули НАНА)
Резюме
Основная цель статьи рассмотреть воздействия основной линии колониальной политики Российской империи «разделяй и властвуй», которая многие годы властвовала на исторических территориях Азербайджана, за определенный исторический период. Отношение и подход к определенным политическим и историческим событиям менялись в зависимости от веяния политических времен. Национальный конфликт между тюрко-мусульманскими народами Южного Кавказа и армянами, переселенными царизмом в Азербайджан, неоднократно повторялся на протяжении всей истории. Как известно, экономические кризисы (1900-1903 и 1908-1909 гг.), охватившие весь мир с начала XX века, поражение Российской империи в Русско-Японской войне, обанкротившее внешнюю политику Российской империи, революционное движение, начавшееся с 19 сентября (2 октября) 1905 г. как забастовочное и завершившееся манифестом 17 октября 1907 г., смягчило жесткий диктаторский режим, создало основу для свободы слова и печати, усилило политическую деятельность в Азербайджане, изменила характер и направление национально-освободительного движения, началось издание органов печати на родном языке. Создались благоприятные условия для деятельности политических партий, обществ и объединений.
Все это было предвестием расширяющегося национального движения, и это не могло не обеспокоить российские органы власти. Правительство принимает различные меры, чтобы предотвратить это. Важнейшей из этих мер было разжигание национальной вражды среди колониальных народов. До восстановления политической независимости Азербайджана в 1991 году, одной из запретных и искаженных страниц нашей истории являются национальные отношения и их влияние на развитие национально-освободительного движения. Карабахский конфликт, возникший на почве национальных отношений, на территории Азербайджана, давление и дискриминационная политика международного мира против Азербайджана в современную эпоху являются свидетельством того, что исторические корни этого конфликта всегда актуальны для изучения.
Метод и методология исследования. Автор использовал материалы личных фондов представителей интеллигенции, того периода. Эти архивы состоят из документов различного характера, основную же часть составляют различные экземпляры произведений авторов в виде рукописей, воспоминания, письма, дневники и т. д. Часть материалов, задействованных в исследовании, была опубликована в разные годы, а часть включена в научный оборот впервые.
Новизна статьи в том, что автор пытался исследовать политические исторические события на основе литературного наследия. Создавая литературные произведения, авторы веками обращались к источникам. Однако практика изучения следов истории на основе литературног наследия началась еще в недавнем прошлом, причем попытки изучения нашего исторического прошлого предпринимались главным образом по эпическим произведениям.
В заключении автор высказывает мнение, что политическая история Азербайджана, особенно история формирования идей национального пробуждения, руководящих национально-освободительным движением, должна изучаться не только на основе исторической науки, но и в контексте других науки, особенно литературы и философии. В первые годы, потеряв независимость, народ начал борьбу за спасение существующих ментально-духовных ценностей и восстановление утраченных. Начальный период национально-освободительного движения возглавляла интеллигенция. Обеспечение независимости и сохранность национальной идентичности, совершенствование духовности, воспитание современно мыслящих национальных интеллектов – главные вопросы современности. С этой точки зрения чрезвычайно важно глубже и в новом ракурсе изучить историю межнациональных отношений, рассмотреть заслуги нашей интеллигенции в ходе национальных конфликтов, неоднократно повторявшихся на протяжении всей истории.
Ключевые слова: Мамед Саид Ордубади, личные архивы, национальный конфликт, Сеид Азим Ширвани, Дифаи.