MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN ƏSƏRLƏRİNDƏ QARABAĞ TARİXİNƏ NƏZƏR

Post image

Sürəyya Allahverdİyeva
Bakı Dövlət Universitetinin doktorantı

E-mail: [email protected]

XX əsrin əvvəllərinin görkəmli dövlət xadimi, mütəfəkkirlərindən biri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadədir. XX əsrin astanasında Azərbaycan xalqının yetişdirdiyi Məhəmməd Əmin Rəsulzadə bütün həyatını xalqına və xalqının gələcəyinə həsr etmişdir.Məhəmməd Əmin Rəsulzadə sanki başına gələcək fəlakətləri bilirmiş kimi hələ gənc yaşlarından əlinə qələmi alıb gələcəkdə cavabsız qala biləcək suaları elə həmin dövrdə cavablandırır. Bu məqqamlardan biri də XX əsrin əvvəllərində suni şəkildə yaradılmış “Qarabağ” prablemi idi.
XX əsr dünyanın siyasi xəritəsində bir çox köklü dəyişikliklərin baş verməsi ilə yadda qaldı və Cənubi Qafqazda əsrin əvvəllərində Azərbaycan Xalq Cumhuriyyəti yarandı. Amma bu müstəqilliyə gedən yollar bir çox çətinliklərlə dolu idi. Bu çətinliklərin başında duran ən əsas məsələ ərazi bütövlüyümüzün təmin edilməsi oldu. Bu zaman Ermənistan tərəfindən daimi xarakter alan hücum təhlükəsinə qarşı gənc dövlət olan AXC hökuməti tərəfindən əhəmiyyətli tədbirlər görülmüşdür. Erməni millətçiləri AXC yarandıqdan sonra Azərbaycanın daxili və beynəlxalq vəziyyətində yaranmış mürəkkəb və ziddiyyətli vəziyyətdən istifadə edərək özlərinin uydurma "Böyük Ermənistan" yaratmaq ideyasını həyata keçirmək üçün geniş fəaliyyətə başlamışdılar. Bu istiqamətdə onların ilk hədəfi Zəngəzur və Qarabağı ələ keçirmək idi. Ancaq Azərbaycan hökumətinin barışmaz mövqeyi onların planlarının gerçəkləşməsinə imkan vermədi.
Hələ I Dünya müharibəsi başladıqdan sonra regionda fəallaşan “erməni məsələsi”nə münasibət bildirən M.Ə.Rəsulzadə 1914-cü ildə 10 noyabr tarixində “İqbal” qəzetinin 786-cı nömrəsində “Erməni məsələsi ətrafında “ adlı məqaləsini dərc etmişdir. Məqalədə gec ya tez erməni xalqının müstəqillik qazanacağını proqnozlaşdıran müəllif bunun hansı şəkildə olacağını müəyyənləşdirməyə çalışır:
“Fəqət Ermənistan məsələsi nə kimi bir şəkil alacaq və onun sürəti-həlli nədən ibarət olacaq?” [3, s. 425] .
Müəllif bu suallara heç rus mətbuatında da cavab olmadığını nigaranlıqla qeyd edir. Rus mətbuatında ancaq rusların Erməniləri xilas edəcəyinin yazıldığını deyən müəllif bu bilinməzlikdən tək narahat olan tərəfin Azərbaycan ziyalıları olmadığını, eyni zamanda erməni ziyalılarının da nigaran olduğunu qeyd edir.
I Dünya müharibəsi başlayandan bəri Osmanlının daxili prableminə çevrilən erməni məsələsinə M.Ə.Rəsulzadənin də məqalələrində yer verilmişdir. Bu məqalələrdən biri də 1916-cı il avqust ayının 15-də “Açıq söz” qəzerinin 259-cu nömrəsində dərc edilən “Türkiyədə ermənilər” adlı məqaləsidir. Məqalədə həm Osmanlıda baş verənlər təsvir edilir, həm də Osmanlıda yaşayan ermənilər ilə Qafqazda yaşayan ermənilərin müqayisəsi verilirdi. Uzun illər Osmanlıda ermənilərin dövlət işlərində çalışdığını qeyd edən müəllif Anadoluda türklər ilə ermənilər arasınadı fikir ayrılıqlarının 1877-ci ildən etibarən başladığını əks etdirir. Balkan xalqları Osmanlı imperiyasının tərkibindən ayrılmaq üçün mübarizəyə başladıqları zaman bu abu-hava ermənilərə də təsir etdi. Erməniləri bu mübarizədə təşkilatlandıran ilk növbədə erməni kilsəsi və din xadimləri, daha sonra isə 1890-cı ildən bəri fəaliyyət göstərən Daşnaksütyun partiyası olmuşdur. Bununla da Osmanlı dövlətində ermənilərə olan inam və etibarı itirmişlər.
I Dünya müharibəsinin sonlarına yaxın rusların ermənilərə vəd etdikləri köməyin mahiyyəti aydınlaşmış oldu. M.Ə.Rəsulzadə V.İ.Lelinin başçılığı ilə 1918-ci ildə Xalq Komissarları Şurasının qəbul etdiyi “Türkiyə Ermənistanı haqqında əmrnamə” ni rus dilindən tərcümə edərək “Açıq söz” qəzetinin 659-cu nömrəsində 1918-ci il yanvar ayının 19-da nəşr etdirmişdir. Sənədin adından da görünür ki, 1918-ci ilin əvvəllərində Ermənistanın Anadolu ərazisində yaradılması qərara alınmışdır. Qafqaz ermənilərinin rəhbəri olan Stepan Şaumyana göstəriş verilir ki nə köməklik lazımdırsa “Türkiyə Ermənistanına” edilsin.
Sonrakı aylarda və illərdə baş verən tarixi hadisələrin nəticəsində XIX əsrin ortalarından bəri yaradılmaq istənilən Ermənistan nəhayət ki, Qafqazda yaradıldı və beləliklə Qarabağın, Naxçıvanın və Zəngəzurun müharibə meydanına çevrildi, Qarabağda erməni separatizmi özünün tüğyan həddinə gəlib çatmışdı. Azərbaycan Xalq Cumhuriyyəti adından F.X.Xoyski Ermənistan hökumətinə göndərdiyi notada bildirirdi ki, Azərbaycanlılara qarşı təcavüz siyasəti qəti olaraq dayandırılmalıdır. Lakin münasibətləri bərpa etmək mümkün olmadı. [12, s. 136-137].
Azərbaycan hökuməti Cənubi Qafqaz respublikaları arasında bütün mübahisəli məsələləri və ixtilafları dinc yolla həll etmək üçün bir sıra addımlar atır. 1918-ci il dekabrın ayının 26-da Azərbaycan parlamentinin fövqəladə iclasında M.Ə.Rəsulzadənin üç maddədən ibarət təklifi qəbul olundu. Təklif Ermənistan və Gürcüstan parlamentlərini öz respublikalarının hökumətlərini müharibəni dayandırmaq və sülhü bərpa etmək üçün qəti tədbirlər görməyə çağırırdı. Bu məqsədlə Gürcüstan və Ermənistan parlamentlərinə teleqramlar da göndərilmişdi. Teleqramlarda mübahisəli məsələləri qan tökmək yolu ilə deyil, sülh danışıqları aparmaq yolu ilə həll edilməsi zərurəti göstərilirdi. [7, s. 21].
Azərbaycan və Ermənistan respublikaları yaranan kimi İrəvanın təbliği, təhriki və təzyiqi ilə Dağlıq Qarabağdakı erməni əhalisinin müəyyən təbəqələri Azərbaycan respublikasının hakimiyyətini tanımaqdan imtina etdilər. Ermənistan hökuməti Dağlıq Qarabağın işğalı planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələr yeritdi" [8, s. 39]. Yuxarı Qarabağ problemini hələ XX əsrin əvvəllərində hərbi yolla həll etmək istəyən Ermənistan 1918-ci ildə general Andranikin silahlı quldur dəstələri Qarabağa yeridildi. Azərbaycan Xalq Cumhuriyyəti bu problemləri çətinliklə də olsa öz xeyrinə həll edə bilmişdir. M.Ə.Rəsulzadə 1919-cu il 28 avqust tarixində “Azərbaycan” qəzetində dərc edilən “Ərazi məsələsindəki müvəffəqiyyətimiz” başlıqlı məqaləsində elə bu məsələ ilə bağlı hesabatını oxucuların diqqətinə çatdırır: “Qarabağ erməniləri Azərbaycan hakimiyyətinə boyun qoydular.” [6, s. 399].- deyən müəllif Naxçıvan, Şərur və Dərələyəz ərazilərindən də erməni silahlılarının çıxarıldığını qeyd edir.
Ancaq problemlərin bununla bitmədiyinə diqqət çəkən müəllif hələ də Zəngəzur və Borçalı kimi problemlərin qaldığını təəssüf hissi ilə qeyd edir və bildiri ki Zəngəzur məsələsi nə yolla olursa olsun mütləq tezliklə həll ediləcək. Eyni mətbəə orqanının 263-cü sayında 1919-cu il 29 avqust tarixli məqaləsində müəllif sanki bundan əvvəlki məqalənin davamını oxucularına çatdırmışdır. “Məsuliyyətimiz artdı!” məqaləsində M.Ə.Rəsulzadə qeyd edir:
“Qarabağ, vətənimizin o gözəl bucağı həyati-iqtisadiyyəmizi parçalayan, sularımızın başını tutaraq bizi fəlc bir halə qoymaq istəyən inadlı qomşularımızın israrından qurtardı.
Fəzlə qanlara məhəl vermədən erməni əhalisi məsələnin sülhən həllini iltizam edərək Azərbaycan hakimiyyətini qəbul etdilər.” [6, s. 402].
Bu sətirlərdə bu günə qədər müasir Azərbaycan Respublikasının erməni yaraqlıları tərəfindən məruz qaldığı “su terrorunun” tarixinin hələ keçən əsrin əvvəllərindən başladığını görə bilərik. Bir əsirdən çoxdur ki, xisləti dəyişməyən bu mənfur qonşularımız AXC dövründə də bu gün olduğu kimi Qarabağa əl uzatmış, amma mənfur planları bu gün olduğu kimi puç olmuşdur. Məlumdur ki, AXC höküməti Qarabağda nəzarəti ələ ala bilmək üçün 1919-ci ilin yanvar ayında burada Xosrov bəy Soltanovun rəhbərliyi ilə Qarabağ general - qubernatorluğunu yaratdı və bu qubernatorluğa Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzaları daxil idi. X.Soltanovun ilk işi isə Qarabağdakı qaçqın problemini həll etmək idi. Xosrov bəy Sultanov 1919-cu il fevralın 12-də Şuşaya gələrək vəzifəsinin icrasına başlamışdır. AXC hökumətinin bu addımı Azərbaycanlı əhali tərəfindən böyük razılıqla qarşılanmışdır. Qubernatorluğun yaradılması Qarabağ ermənilərinin AXC hökumətini tanımalarında əsas amillərdən biri olmuşdur. Xosrov bəy Sultanov Şuşaya gələn kimi Qarabağ torpağını erməni terrorizmindən azad etmək üçün gərgin fəaliyyətə başladı.
Bildiyimiz kimi görülən bütün tədbirlərə baxmayaraq 1920- ci ilin yaz aylarından etibarən AXC-nin ilk öncə sərhədlərində yenidən suni problemlər yaradılmağa başlandı. Məqsəd isə AXC –nin diqqətini şimal sərəhdlərin müdafiəsindən yayındırmaq və bununla da rus işğalını asanlaşdırmaq idi. M.Ə.Rəsulzadə 1920-ci ildə aprel ayındakı parlament çıxışlarının birində -“Qarabağda Azərbaycan istiqlal və hürriyyətinin düşməni olan bir ünsür tərəfindən fəsad və üsyan qaldırılmışdır. [6, s. 460] – ifadələri ilə vəziyyəti dövlət xadimlərinə çatdırmışdır. Parlamentdəki müraciətdə erməni pozuculuğunu bəhanə edərək rus qoşununun Azərbaycana gəlməsini təkid edən qüvvələri sərt tənqid edən M.Ə.Rəsulzadə qurulan oyunları çox yaxşı başa düşür və mane olmaq üçün əlindən gələni edir.
“Daşnaqların Qarabağdakı xəyanətlərindən istifadə edib höküməti yıxmaq istəyirsiniz.” [6, s. 462]. –deyən müəllif onların təklifləri ilə razılaşmamasının səbəbini izah edir.
“Azərbaycan” qəzetinin 1920-ci il altı aprel buraxılışında “Ordumuz zəfərdə” məqaləsində də müəllif Qarabağdakı hadisələri qələmə almışdır. Qarabağda separatçı fəaliyyətlə məşğul olan qüvvələrin qarşısını ala bilmək üçün növbəti Əsgəran əməliyyatının başladıldığını və nigarançılığını qeyd edən M.Ə.Rəsulzadə bütün həqiqətləri ictimaiyyətə çatdırmağa çalışır. Eyni zamanda “Əsgəran alındı” ifadəsi ilə hadisələrin Qarabağda AXC-nin xeyrinə doğru cərəyyan etdiyini də oxucularına bildirir.
Lakin tarixdən də məlum olduğu kimi 1920- ci il aprel ayının 27-dən 28-nə keçən gecə Sovet Rusiyasi tərəfindən AXC-nin istiqlaliyyətinə son qoyu­lur. Bu gün AXC-nin davamçısı olan Azərbaycan Respublikası 44 günlük “dəmir yumruq” əməliyyatı ilə keçən əsirdə yarımçıq qalan mübarizəmizi şanlı qələbə ilə yekunlaşdırmış oldu. Tarixi torpaqlarımız geri alındı. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!

Açar sözlər: Cənubi Qafqaz, tarix, Azərbaycan Xalq Cumhuriyyəti, Daşnaksütyun partiyası, Qarabağ, erməni.

ƏDƏBİYYAT SİYAHISI
1. Abdullayev Ə. “Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən. Bakı, Elm, 1995. 168. s
2. “Məhəmməd Əmin Rəsulzadə əsərləri I cild(1903-1909)” Bakı,Təhsil,2017 .479.s
3. “Məhəmməd Əmin Rəsulzadənin əsərləri II cild(1909-1914)” Bakı, Şirvannəşr, 2001. 528.s
4. “Məhəmməd Əmin Rəsulzadənin əsərləri III cild(1915-1916)” Bakı, Elm, 2012. 596.s
5. “Məhəmməd Əmin Rəsulzadənin əsərləri IV vild(1917- aprel 1918)” Bakı, Qanun nəşriyyat, 2013.456.s
6. “Məhəmməd Əmin Rəsulzadənin əsərləri V cild(1918- aprel 1920)” Bakı, Qanun nəşriyyat,2014. 564.s
7. Məmmədova.H. “Azərbaycan Xalq Cumhuriyyəti dövründə yuxarı Qarabağdasiyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920). Bakı, Nağıl evi, 2006. 134.s
8. Nəcəfov B. Azərbaycan Demokratik Respublikası. Bakı, Bilik,1992, 83 s.
9. Rəsulzadə M. “Azərbaycan Cümhuriyyəti.” Bakı, Gənclik, 1990.
10. Rəsulzadə M. “Əsrimizin Səyavuşu.” Bakı, Gənclik, 1991, 112s.
11. SPİHMDA.F. 277, siy. 2, iş 40
12. Азербайджанская Республика. Документы и материалы 1918-1920 гг. Баку, Элм, 1998, 616 с

 

Summary
A LOOK AT THE HISTORY OF KARABAKH IN THE WORKS OF MAMMAD AMIN RASULZADEH
Allahverdiyeva Surayya Ali gizi
Doctoral student of Baku State University

One of the most important tasks facing historians in Azerbaijan is to study the history of Karabakh and the history of the conflicts around Karabakh. The notes taken by Mammad Amin Rasulzadeh on the intensifying problems regarding this issue starting from the time of the first republic of Azerbaijan are considered valuable historical sources. The article examines the attacks of the Armenian-Dashnaks to our territorial integrity, the forces that patronized them in this way, and the interference of Azerbaijani politicians in the events in the early twentieth century. During this research, reference was made to the works, articles and speeches of M.A. Rasulzadeh.

Keywords: South Caucasus, history, Azerbaijan Democratic Republic, Dashnaktsutyun party, Karabakh, Armenian.

Резюме
ВЗГЛЯД НА ИСТОРИЮ КАРАБАХА
В ПРОИЗВОДСТВАХ МОХАММАДА АМИНА РАСУЛЗАДЕ
Аллахвердиева Сурайя Али гызы
Докторант Бакинского Государственного Университета

Одна из важнейших задач, стоящих перед историками Азербайджана, - изучение истории Карабаха и истории конфликтов вокруг Карабаха. Заметки, сделанные Мохаммадом Амином Расулзаде по этому поводу в его исследовании углубляющихся проблем Азербайджана со времен первой республики, считаются ценными историческими источниками. В статье рассматриваются попытки армяно-дашнаков нарушить нашу территориальную целостность в начале ХХ века, покровительствующие им силы и вмешательство азербайджанских политиков в события. В ходе исследования были сделаны ссылки на работы, статьи и выступления М.А. Расулзаде.

Ключевые слова: Южный Кавказ, история, Азербайджанская Демократическая Республика, партия Дашнакцутюн, Карабах, армянин.