UOT 327;339.9
DOI: https://doi.org/10.30546/3006-0346.2025.2.86.235
Əsgər Əsgərov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
E-mail: [email protected]
XÜLASƏ
Məqalədə vurğulanır ki, Azərbaycanın enerji resursları Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Bu münaqişə Avropa ölkələrini enerji siyasətlərini yenidən nəzərdən keçirməyə və alternativ enerji mənbələrinə yönəlməyə vadar etmişdir. Avropanın enerji təminatında uzun illər boyunca böyük rol oynayan Rusiya hərbi müdaxiləsi və enerji tədarükündən təzyiq vasitəsi kimi istifadə etməsi nəticəsində Avropanın etibarlı təchizatçısı olaraq etibarını itirmişdir. Bu vəziyyətdə Azərbaycan strateji enerji resursları və infrastruktur layihələri, xüsusən də Cənub Qaz Dəhlizi, TAP və TANAP vasitəsilə Avropaya etibarlı və dayanıqlı enerji təminatçısı kimi önə çıxır. Azərbaycanın neft-qaz ixracatı Avropanın enerji təchizatının şaxələndirilməsinə və Rusiya enerji asılılığının azaldılmasına kömək edir. Azərbaycan həmçinin Avropa ilə enerji əməkdaşlığını genişləndirmək üçün müxtəlif strateji sazişlər imzalayaraq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Beləliklə, Azərbaycanın enerji potensialı və strateji mövqeyi, Avropanın enerji təhlükəsizliyi səylərində mühüm rol oynayır və bu ölkənin qlobal enerji bazarında əhəmiyyətli oyunçu olmasını təmin edir.
Açar sözlər: Cənub Qaz Dəhlizi, Enerji təhlükəsizliyi, Azərbaycan neft-qaz resursları, TAP və TANAP layihələri, Rusiya-Ukrayna müharibəsi.
Аскер Аскеров
ВАЖНОСТЬ АЗЕРБАЙДЖАНСКИХ ЭНЕРГОРЕСУРСОВ НА
ФОНЕ ВОЗОБНОВЛЕНИЯ АКТУАЛИЗАЦИИ ЭНЕРГЕТИЧЕСКОЙ БЕЗОПАСНОСТИ В ЕВРОПЕ
РЕЗЮМЕ
В статье подчеркивается, что энергетические ресурсы Азербайджана приобретают стратегическое значение для энергетической безопасности Европы на фоне российско-украинской войны. Этот конфликт заставил европейские страны пересмотреть свою энергетическую политику и обратить внимание на альтернативные источники энергии. Россия, которая в течение многих лет играла важную роль в обеспечении Европы энергией, утратила репутацию надежного поставщика из-за своего военного вмешательства и использования энергоресурсов в качестве инструмента давления. В этой ситуации Азербайджан, обладающий стратегическими энергетическими ресурсами и инфраструктурными проектами, такими как Южный газовый коридор, TAP и TANAP, выступает в качестве надежного и устойчивого поставщика энергии для Европы. Экспорт нефти и газа из Азербайджана способствует диверсификации энергетических поставок Европы и снижению зависимости от российских энергоресурсов. Азербайджан также подписывает различные стратегические соглашения с Европой для расширения энергетического сотрудничества, что вносит вклад в обеспечение энергетической безопасности Европы. Таким образом, энергетический потенциал и стратегическое положение Азербайджана играют важную роль в усилиях Европы по обеспечению энергетической безопасности и позволяют этой стране быть значимым игроком на мировом энергетическом рынке.
Ключевые слова: Южный газовый коридор, энергетическая безопасность, энергетические ресурсы Азербайджана, проекты TAP и TANAP, российско-украинская война.
Asker Askerov
THE IMPORTANCE OF AZERBAIJANI ENERGY RESOURCES IN LIGHT OF
THE RE-ACTUALIZATION OF ENERGY SECURITY IN EUROPE
SUMMARY
Theurope's energy security against the backdrop of the Russia-Ukraine war. This conflict h article emphasizes that Azerbaijan's energy resources have strategic importance for Eas compelled European countries to reconsider their energy policies and focus on alternative energy sources. Russia, which has played a significant role in Europe's energy supply for many years, has lost its reputation as a reliable supplier due to its military intervention and use of energy resources as a tool for pressure. In this situation, Azerbaijan, with its strategic energy resources and infrastructure projects, particularly the Southern Gas Corridor, TAP, and TANAP, emerges as a reliable and sustainable energy supplier for Europe. Azerbaijan's oil and gas exports contribute to diversifying Europe's energy supply and reducing dependence on Russian energy. Azerbaijan also signs various strategic agreements to expand energy cooperation with Europe, thereby contributing to Europe's energy security. Therefore, Azerbaijan's energy potential and strategic position play a crucial role in Europe's efforts to ensure energy security and enable the country to be a significant player in the global energy market.
Keywords: Southern Gas Corridor, Energy security, Azerbaijan oil and gas resources, TAP and TANAP projects, Russia-Ukraine war.