ABŞ-ın Rusiya-Ukrayna müharibəsindəki mövqeyinin dəyişməsi və beynəlxalq münasibətlərə təsiri

Post image

UOT: 327
DOI:https://doi.org/10.30546/3006-0346.2025.2.86.207

Sənubər Babaşova
Bakı Dövlət Universiteti,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
E-mail: [email protected]

SUMMARY
One of the main problems in modern international relations is the Russia-Ukraine war. This war, which has been ongoing since 2022, is of great importance not only for the region, but also for all the countries of the world. The outbreak of the Russia-Ukraine war has had a significant impact on the structure of the international system. Even if Russia is the only major power directly involved in the war, other major powers have become actors in the conflict at one level or another. The USA, which has been pursuing an active foreign policy since the beginning of the occupation, has undergone fundamental changes as a result of the re-election of Donald Trump as president. Before the presidential elections, the current president, Donald Trump, promised to work towards ending the Russia-Ukraine war. Since Donald Trump's victory and the return of the Republicans to power, one of the most anticipated steps was related to the Russia-Ukraine war. The tensions in relations between the United States and Ukraine, the start of negotiations between US officials and Russian officials, and finally the cessation of US military and intelligence support to Ukraine were expected, and the goals set were achieved.

Keywords: USA, Russia, Ukraine, air defense systems, intelligence exchange, security.

РЕЗЮМЕ
Одной из главных проблем современных международных отношений является российско-украинская война. Эта война, которая продолжается с 2022 года, имеет большое значение не только для региона, но и для всех стран мира. Начало российско-украинской войны оказало существенное влияние на структуру международной системы. Даже если Россия является единственной крупной державой, непосредственно вовлеченной в войну, другие крупные державы стали акторами конфликта на том или ином уровне. Соединенные Штаты, проводящие активную внешнюю политику с начала оккупации, претерпели кардинальные изменения в результате переизбрания Дональда Трампа на пост президента и прихода к власти республиканцев. Перед президентскими выборами действующий президент Дональд Трамп обещал работать над прекращением российско-украинской войны. После победы Дональда Трампа и возвращения республиканцев к власти один из самых ожидаемых шагов был связан с российско-украинской войной. Напряженность в отношениях между США и Украиной, начало переговоров между официальными лицами США и России и, наконец, прекращение военной и разведывательной поддержки США Украины были ожидаемы, и поставленные цели были достигнуты.

Ключевые слова: США, Россия, Украина, системы ПВО, обмен разведданными, безопасность.

XÜLASƏ
Müasir beynəlxalq münasibətlərdə aktuallıq kəsb edən problemlərdən biri də Rusiya-Ukrayna müharibəsidir. 2022-ci ildən etibarən davam edən bu müharibə nəinki region, bütün dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Rusiya-Ukrayna müharibəsinin baş verməsi beynəlxalq sistemin strukturuna əhəmiyyətli təsir göstərib. Böyük dövlətlərdən yalnız Rusiya müharibənin birbaşa iştirakçısı olsa belə, digər böyük dövlətlər bu və ya digər səviyyədə münaqişənin aktorlarına çevriliblər. İşğalın başlamasından bəri fəal xarici siyasət reallaşdıran ABŞ-nin Donald Trampın yenidən prezident seçilməsi, Respublikaçıların hakimiyyətə gəlməsi nəticəsində əsaslı dəyişikliyə məruz qalıb. Prezident seçkilərindən əvvəl hazırkı prezident Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində fəaliyyət göstərəcəyini vədd edirdi. Donald Trampın qələbəsi və Respublikaçıların hakimiyyətə qayıdışından etibarən ən çox gözlənilən addımlardan biri də Rusiya-Ukrayna müharibəsi ilə bağlı idi. ABŞ və Ukrayna arasındakı münasibətlərdə baş verən gərginliklər, ABŞ rəsmilərinin Rusiya rəsmiləri ilə danışıqlara başlaması, nəhayət ABŞ-nin Ukraynaya hərbi və kəşfiyyat sahəsində dəstəyini dayandırması gözlənilən olub və qarşıya qoyulan məqsədlərə çatmışdır.

Açar sözlər: ABŞ, Rusiya, Ukrayna, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat mübadiləsi, təhlükəsizlik.

 

PDF