TƏHSİLİN MODELLƏŞDİRİLMƏSİ KONSTEKTİNDƏ PEDAQOJİ TEXNOLOGİYALAR

Post image

Müslüm Nəzərov
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universiteti

E-mail: [email protected]

Müasir dövrün sosial-iqtisadi, ictimai-siyasi, mədəni proseslərinin fəlsəfi təhlili onların tarixi köklərinin, o cümlədən fəlsəfi araşdırmalarını əhatə edir. Daim dəyişən dünyada cəmiyyət üçün qeyri-standart çətinliklər yaradan vəziyyəti nəzərə alaraq effektiv təhsil strategiyalarının hazırlanmasının mümkün olduğu rasional əsasların mənasını aydınlaşdırmaq lazımdır. Hal-hazırda, bir tərəfdən cəmiyyətin müasir inkişafının ehtiyaclarını qarşılayacaq, digər tərəfdən insan varlığının mənəvi ölçüsünü nəzərə alacaq yeni təhsil strategiyalarının hazırlanması və həyata keçirilməsi üçün real imkanlar mövcuddur. Bu proseslər həm mövcud təhsil sistemlərinin və doktrinaların təhlili, həm də mövcud təcrübəni nəzərə alan yeni yolların axtarışı ilə əlaqəli olan bir çox problemə təsir göstərir.
Təhsil sistemi sayəsində qarşıya qoyulan məqsədlərə əsaslanaraq son nəticəni əldə etmək mümkün olur. Təhsil sistemi, insanın dəyişməz təbiətinin konsepsiyasını insan inkişafının məqsədyönlü şəkildə qurulmuş prosesi əsasında, təhsiln modelləşdirilməsi vasitəsi ilə həyata keçirə bilər.
Göstərilənlərdən aydın olur ki, sürətlə dəyişən həyat şəraitində müasir təhsilin əsas vəzifələrindən biri uşaqların zehni fəaliyyətinin gizli ehtiyatlarından istifadə etmək imkanlarının səmərəli öyrənmə yollarının aşkar edilməsidir. Uşaqların biliklərini intensiv inkişaf etdirən belə yollardan biri modelləşdirmədir.
Modelləşdirmə həqiqi obyektlərin şərti görüntüləri, analoqları ilə əvəz edilməsinə əsaslanan ictimai fenomen və proseslərin öyrənilməsi metodudur. Modelləşdirmə prosesimdə tədqiq olunan sistemlərin və proseslərin xüsusiyyətləri, əlaqələri və istiqamətləri əks olunur, bu da onların vəziyyətini qiymətləndirməyə, proqnoz verməyə və məlumatlı qərar verməyə imkan verir.
Təhsilin modelləşdirməsi müasir didaktikanın ziddiyyətlərinin, problemlərinin və dilemmalarının formalaşması və həllini təyin edən müstəqil iş mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi vasitələrindən biridir.
Təhsilin modelləşdirmə anlayışı birmənalı deyil. İdrak metodu olaraq modelləşdirmə tədqiqat obyekti modelinin qurulması və öyrənilməsi ilə əlaqələndirilir. Modelləşdirmə vasitələrini iş prosesində kömək edən və orijinal obyekt haqqında bilik əldə edən vasitələr kimi təyin edilir. Modelləşdirmə vasitələrinin təsnifatını bilmək onlardan hər hansı bir fəaliyyətdə əsaslandırılmış və effektiv istifadəsinə kömək edir (9).
Təhsili modelləşdirmə pedaqogikada yalnız dərslərə hazırlıqda deyil, həm də kadr hazırlığı sistemində çox uğurla istifadə olunur. Sadəcə olaraq burada gələcək mütəxəssisin hazırladığı təklif olunan fəaliyyət modellərini tərtib etmək lazımdır.
Təhsilin modelləşdirməsinin məqsədi təlim prosesinin modelləri, xüsusiyyətləri, quruluşu və şagirdlərin biliklərinin uğurlu inkişafını təmin etməkdir.
Təhsilin modelləşdirməsi, yeni təlim modellərin yaradılması və öyrənilməsindən ibarət olan ətraf aləmi tanıma metodudur. Bu metod, öyrənilən yeni obyektin, hadisənin və ya prosesin əsas xüsusiyyətlərini əks etdirən pedaqoji texnologiyaların optimal modelləşdirilməsinin obyektdir.
Bu baxımdan pedaqoji texnologiyaların optimal modelləşdirilməsi prinsipi fasiləsiz təhsil sisteminə daxil edilmiş müəllimin işində pedaqoji texnologiyaların modelləşdirilməsinin imkanlarını müəyyən edən, fərdlərə və cəmiyyətə yüksək səviyyəli intellektual və peşə seçiminin formalaşmasına zəmanət verən müəllimin peşə göstəricilərinin nəticələrinə əsaslanan prinsiplər toplusudur
Pedaqoji texnologiyaların optimal modelləşdirilməsi prinsiplərinə aşağıdakı sistemli təhsil texnologiyaları daxildir:
1. Davamlı təhsil sisteminə daxil olan müəllimin pedaqoji fəaliyyətində modelləşdirmə və onlardan istifadə probleminin elmi forması prinsipi: Bu prinsip öz növəbəsində aşağıdakı müddəaları özündə əks etdirir:
- qurulmuş modelin imkanları ilə pedaqoji model və qərarların qəbul olmasında pedaqoji modelləşdirmənin əsaslarından istifadənin ardıcıllığı, dəqiqliyi, obyektivliyi, etibarlılığı, bütövlüyü;
- pedaqoji texnologiyaların modelinin, funksiyalarının, nəzəriyyəsinin və təcrübəsinin saflaşdırılması strukturunda pedaqoji modelləşdirmə və pedaqoji dizayn vasitəsi ilə pedaqoji fəaliyyətin müəyyən edilmiş və həll edilmiş vəzifələrinin keyfiyyətinin qiymətləndirilməsində ardıcıllıq, adekvatlıq, çoxölçülülüyü;
- təsvir olunan konstruksiyaların və pedaqoji texnologiyaların keyfiyyətinin detallaşdırılması strukturunda pedaqoji fəaliyyətin vəzifələrinin məqsədəuyğunluğu.
2.Pedaqoji modelləşdirmə vasitəsi ilə həyata keçirilən pedaqoji texnologiyanın imkanlarını aydınlaşdırma prinsipi: Bu prinsipə aşağıdakı müddəalar daxildir:
- pedaqoji texnologiyanın seçilmiş komponentləri və vahidlərinin iyerarxiyasında pedaqoji modelləşdirmə probleminin həlli dövrünün təkrarlanması (problem, məqsəd, vəzifələr, obyekt, mövzu, metod, vasitə);
- pedaqoji texnologiyalardan və modelləşdirmədən istifadənin determinist praktikasında, problemin həlli quruluşunda təsvir və tətbiq olunan imkanların müqayisəsi;
- pedaqoji modelləşdirmə və pedaqoji texnologiyaların vasitələri və metodları ilə aydınlaşdırılan obyektiv yüksək nəticələrə inteqrativ yaxınlaşma.
3. Pedaqoji fəaliyyətin əsaslarını və imkanlarını detallaşdırmaqda pedaqoji texnologiyadan istifadə probleminin həllinin çevik düzəldici və dəyişdirici prinsipi: Bu prinsip aşağıdakıları əhatə edir:
- pedaqoji modelləşdirmə vasitələri və metodları ilə şagirdin inkişaf problemlərinin həllində nosfer təfəkkürünün formalaşdırılması;
- formalaşan dəyərlər, məqsədlər, fəaliyyət və ünsiyyət məhsullarının iyerarxiyasında tələbə şəxsiyyətinin çox sistemli inkişaf potensialının müəyyən edilməsi;
- tədris fəaliyyətinin keyfiyyətinin optimallaşdırılmasında problemin elmi cəhətdən əsaslandırılmış həllinin alınmasına zəmanət verən pedaqoji texnologiyadan istifadə şərtləri və imkanları.
Təhsili modelləşdirmənin ən aktual vəzifəsi peda­qoji texnologiyanın modelləşdirilməsi vəzifəsidir. Ümumi təhsil sisteminin modelləşdirilməsinin əsas vəzifələriini aşağıdakı kimi göstərmək olar:
- müəllimlərin əməyinin stimullaşdırılması, onların yaradıcı və peşə potensialının inkişafı əsasında ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi;
- müəllimlərin və yüksək səviyyəli təhsil işçilərinin ixtisasartırma hazırlığı;
- səmərəli fəaliyyət göstərən təhsil müəssisələrinin şəbəkəsinin yaradılması;
- müasir təhsil infrastrukturunun yaradılması;
- təhsil müəssisələrinin tədris, laboratoriya, idman və kompüter avadanlıqlarının modernləşdirilməsi;
- distant təhsil texnologiyasından istifadə etməklə yeni təhsil keyfiyyətinə nail olmaq.
Pedaqoji texnologiyaların modelləşdirilməsində ən populyar vəzifələr müəyyən mövzunun öyrənilməsi səviyyəsi, tələbə şəxsiyyətinin, özünü-reallaşdırma texnologiyasını modelləşdirməkdir. Modelləşdirmə həm təhsilin nəticəsi, həm də pedaqoji fəaliyyətdə tələbələrin yaradıcılıq fəaliyyətinin inkişafı üçün səmərəli istifadə olunan bir vasitə kimi qəbul edilir. Təlimdə modelləşdirmədən istifadə etmək üçün əsas rolu modelin və eksperimentin oynadığı modelləşdirmə vasitələrinin təsnifatını nəzərə almaq lazımdır. Modellərdən istifadə təcrübəni düzgün qurmağa imkan verir və bu da öz növbəsində modeli yeniləşdirir və modellərin köməyi ilə yeni biliklər verir.
Bu baxımdan pedaqoji texnologiyanın modelləşdirilməsində potensial əhəmiyyətli konstruksiyalarıni aşağıdakı kimi müəyyən etmək olar:
• bir kateqoriya kimi pedaqoji texnologiya ilə birbaşa əlaqəli anlayışların və pedaqoji fəaliyyətin qurulması;
• pedaqoji texnologiyanın bir kateqoriya kimi və pedaqoji fəaliyyətin qurulması ilə bilavasitə əlaqəli anlayışların xətti və çox səviyyəli təriflərinin qurulması;
• pedaqoji problemlərin həlli yolu kimi pedaqoji texnologiyanın əsaslarını müəyyən edən struktur-məntiqi modellərin qurulması;
• pedaqoji texnologiyanın əsaslarının həyata keçirilməsi üçün funksional, fəaliyyət, konseptual, sistem-akmeoloji və digər modellərin qurulması və s.(4, s.43).
Pedaqoji texnologiyalardan istifadə etməklə pedaqoji fəaliyyət problemlərinin həllində pedaqoji modelləşdirmədən istifadənin keyfiyyətinin yüksəldilməsi zəminində müasir təhsil və peşə - iş münasibətlərinin qurulmasında modelləşdirmədən istifadə problemlərinin həlli meyllərini və komponentlərini aşağıdakı kimi ayırmaq olar:
- pedaqoji modelləşdirmə üsulu ilə müxtəlif peda­qoji konstruksiyalara, o cümlədən nəzəriyyə­lərə, texnologiyalara və modellərə verilən fenome­nin elmi xarakteri;
-müəllim işində pedaqoji modelləşdirmə vasitələrinin mövcudluğu;
- elmi tədqiqat işlərinin nəticələrinin pedaqoji tədqiqatda obyektivləşdirilməsi.
Fərdin nosfer sisteminə daxil edilməsi, cəmiyyətin, mədəniyyətin fəaliyyətində istifadə olunan pedaqoji texnologiyalar müəllim və tələbə üçün aşağıdakı uğurlara zəmanət verir:
- insanın sosillaşması və şəxsiyyət kimi formalaşması (özünüifadə etmə və psixokorrek­siyanın kütləvi ünsiyyət üsulları texnologiyaları);
- uyğunlaşma (müxtəlif fəaliyyət sahələrində xüsusi ehtiyacı olan insanlarla pedaqoji dəstək);
- klassik mənbələrdə - kitablar, dərsliklər, lüğətlər və s. ilə işləmək (ənənəvi tədris texnologiyaları);
- tələbənin informasiya və proqram-informasiyasının inkişafı (informasiya və rabitə texnologiyası növü);
- müxtəlif sosial və peşəkarlıq tələb olunan axtarış sahələrində təlim layihələri (məhsuldar təlim texnologiyası, layihə təlimi texnologiyası və s.);
- sağlamlığın qorunması və fərdin rəqabət qabiliyyəti (bədən tərbiyəsi və idman texnologiyası, əməkdaşlıq texnologiyası, özünütəsdiqləmə);
- antropoloji cəhətdən müəyyən edilmiş münasibətlər sistemində istiqamətləndirmə (monitorinq və diaqnostik texnologiyalar, keyfiyyətə təminat texnologiyası və şəxsiyyətin özünüinkişaf etdirmə ) və s. (4,s.36).
Pedaqoji texnologiyalarda təsnifat parametrləri, əsasları müxtəlif mövcud elmi və tədris ədəbiyyatının (6; 7; 8) mənbələrində təsvir edilmişdir. Bu mənbələrdə göstərilən təsnifata əsaslanaraq pedaqoji modelləşdirmənin xüsusiyyətlərini aşağıdakı kimi göstərmək məqsədəuyğun olar:
1. Fəlsəfi əsaslarla pedaqoji texnologiyalar aşağıdakı kimi ayırd edilir:
- elmi və qeyri-elmi (ezoterik, kvazi elmi, dini-dogmatik və s.);
- materialist, idealist, dualist;
- dinamik və statik;
- sərt şəkildə sabit və özünü təşkili;
- humanist və anti-humanist;
- antroposofik və teosofik;
- praqmatik və irrasional;
- azadlıq və məcburiyyət və s.;
2. Tətbiqetmə səviyyəsinə görə pedaqoji texnologiyalar fərqləndirir:
- ümumi pedaqoji, xüsusi metodiki (mövzu), yerli (modul);
- münasibətlər tərzinə görə, idarəetmə, qarşılıqlı əlaqə, pedaqoji texnologiyalar ayırd edilir: avtoritar, demokratik, liberal (liberal- əvəzedici);
- aparıcı inkişaf amilinə görə pedaqoji texnologiyalar ayırd edilir: biogen, sosiogen, psixogen;
- təcrübənin mənimsənilməsinin elmi konsepsiyasına görə pedaqoji texnologiyalar fərqləndirir: assosiativ-refleks, davranış, inkişaf edən, təklifedici, adaptiv;
- ənənəvi texnologiyalar - fənlər üzrə bilik, bacarıqların formalaşdırılması;
- əməliyyat texnologiyası - zehni hərəkətlərin yollarının formalaşması;
- emosional - bədii və emosional-mənəvi texnologiyalar - estetik və mənəvi münasibətlər sahəsinin formalaşması;
- özünüinkişaf etdirmə texnologiyaları - şəxsiyyətin özünüidarəetmə mexanizmlərinin formalaşdırılması;
- evristik texnologiya - yaradıcı qabiliyyətlərin formalaşması və inkişafı;
- tətbiq olunan texnologiya - effektiv praktik sahənin formalaşması və s.
3. Məzmun və quruluş xarakterinə görə pedaqoji texnologiyalara aşağıdakılar aiddir:
- dünyəvi və dini;
- təlim, tərbiyə, inkişaf, uyğunlaşma, sosiallaşma;
- ümumi və peşəkar;
- humanist və texnokratik;
- humanitar, təbii-elmi və mədəni texnologiyalar;
-monotexnologiyalar, politexnologiyalar (kompleks) və nüfuz edən texnologiyalar.
Təhsiln modelləşdirilməsi strukturunda tətbiq olunan adaptiv təlim texnologiyasınin səviyyələri:
- tələbə nailiyyətlərinin keyfiyyətini və xüsusiyyətlərini (portfel, söhbət, müşahidə və s.) müəyyənləşdirmək və tədqiq etmək səviyyəsi;
- fərdi təhsil alma modelinin inkişafı, tənzimlənməsi və tətbiqetmə səviyyəsi;
- qabiliyyətlərinin reallaşdırılması strukturunda şəxsiyyətin formalaşmasının mümkünlüyünü və keyfiyyətini təyin edən uyğunlaşma təlimindən başqa tədris növünə keçid səviyyəsi.
Pedaqoji texnologiyanın qiymətləndirmə mode­linin istiqaməti müəyyən edilmiş ziddiyyətin və ya seçilmiş pedaqoji vəziyyətin obyektiv yoxlanılması imkanını müəyyənləşdirən pedaqoji fəaliyyət problemlərinin həlli keyfiyyətinin ideal şəkildə bərpası üçün vahid sistemin yaradılmasından ibarətdir. Pedaqoji texnologiyanın modelləri aşağıdakı mənalarda işlədilir:
Pedaqoji texnologiyanın modeli (geniş mənada), inkişaf səviyyəsi iddia olunan pedaqo­ji texnologiyanın didaktik proqramı - pedaqo­ji dəstəyə, şagirdin qabiliyyətinin inkişaf keyfiy­yəti­nin idrak metoduna uyğun gələn, vahid baxışı təmin edən və həyata keçirilən pedaqoji sistemdir.
Pedaqoji texnologiyanın modeli (dar mənada), xüsusiyyətləri pedaqoji texnologiya tərəfindən fəaliyyət yolu kimi çoxaldılan, pedaqoji fəaliyyət problemlərinin müəyyənləşdirilməsi və həlli strukturunda həqiqətən müəyyən edilmiş şərtlərin, ziddiyyətlərin ideal şəkildə həyata keçirilməsidir.
Pedaqoji texnologiyanın modeli (birləşdirilmiş mənada) birlikdə mütəşəkkil pedaqoji texnologiyanın məlumatlarını müəyyənləşdirici və struktur məntiqi sxemlər sistemində vahid şəkildə (işıqlandırmaq, saflaşdırmaq, sistemləşdirmək, dəyişdirmək, yoxlamaq, araşdırmaq, optimallaşdırmaq, nəzəriyyə şərtlərini, imkanlarını, yollarını və s. iddia edilən pedaqoji texnologiyanın üsulları, vasitələrini) həyata keçirməkdir.
Pedaqoji texnologiyaların aşağıdakı modelləri fərqləndirilir:
- pedaqoji texnologiyanın funksional mode­li - müəllim işində təsvir olunan texnologiyanın imkanlarının nəzərə alınmasını təmin edən pedaqoji texnologiyanın bütün müəyyən vahidlərin birliyində fəaliyyət və imkanlarını müəyyənləşdirir;
- pedaqoji texnologiyanın prosessual mode­li – bu model pedaqoji texnologiyanın istifadəsi strukturunda həyata keçirilən pedaqoji prosesi müəyyənləşdirir;
- pedaqoji texnologiyanın dəyər-semantik mode­li - bu model pedaqoji texnologiyanın istifadəsinin bütün komponent imkanlarının vəhdətindəki dəyərləri və mənaları müəyyənləşdirir;
- pedaqoji texnologiyanın təsviri quruluşunda hədəf təyinetmə modeli - məqsəd və vəzifələrin müəyyənləşdiricilərinin birləşməsi ilə müəyyən edilir, bu modelin həyata keçirilməsinin keyfiyyəti pedaqoji texnologiyanı tərtib edən müəllimin səviyyəsindən və imkanlarından asılıdır.
Pedaqoji texnologiya həyata keçirilən fəaliyyətin keyfiyyəti barədə obyektiv məlumatların göstərilməsi yolu kimi, problemin, məqsədin, vasitələrin, metodların və təşkil olunmuş işin nəticələrinin axtarışı xüsusiyyətlərini müəyyənləşdirir (4,s.22).
Müəllimin peşə inkişafı strukturunda pedaqoji modelləşdirmə və onun davamlı təhsil sisteminə daxil edilməsi mütəşəkkil fəaliyyətin bütün tərkib hissələrinin məhsuldar təyini üçün prioritetləri və imkanları müəyyənləşdirir.
Beləliklə təhsiln modelləşdirilməsi konteksti bizə tədris vasitələrinin səmərəli təşkil etməklə, onların əsasında təhsil prosesinin mühüm tərkib hissəsi olan, digər komponentlərinə əhəmiyyətli dərəcədə təsir göstərən müxtəlif təlim vasitələrindən (məqsədlər, məzmun, formalar, metodlar, səmərəli tədris və pedaqoji ünsiyyət) istifadə etməklə yeni pedaqoji texnologiyalar yaratmağa imkan verir.
Təhsil sistemində modelləşdirmə texnologiya­larının məqsədyönlü istifadəsi, fikrimizcə, yeni keyfiyyətli biliklərin formalaşmasına kömək edəcəkdir.

Açar sözlər: təhsil, modelləşdirmə, model yanaşma, fəaliyyət, pedaqoji texnologiya, prinsip.

ƏDƏBİYYAT SİYAHISI:
1. Azərbaycan Respublikasının Təhsil haqqında qanunu (2009), Bakı,“Bakı Çap Evi” 2012. 64 s.
2. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”. “Azərbaycan müəllimi” qəzeti, 25.10.2013-cü il, №41.
3. Məmmədzadə R. Təhsildə keyfiyyət aparıcı istiqamətlərdən biri kimi. Bakı: “Müəllim”, 2010. – 170 s.
4. Nəzərov M.H., Quliyev N.Z., Nəzərova X.M. Pedaqoji texnologiyalar. (Dərs vəsaiti) Bakı. ADPU-2020. ADPU-nun nəşriyyatı. 496 s.
5. Nəzərov M.H.Təhsilin sosiomədəni əsasları. Monoqrafiya. Bakı: 2017, 256 s.
Rus dilində
6. Афанасьев, В.В. Педагогические технологии управления учебно-познавательной деятельностью студентов: Монография. М. Педагогические общество России, 2002. 272с.
7. Волков В.Л. Моделирование процессов и систем в приборостроении. - Арзамас: АПИ НГТУ, 2008. - 143 с.
8. Факторович А.А. Сущность педагогической технологии // Педагогика. – 2008. – №2. – С.19-27.
9. Ядровская М.В. Средства моделирования в обучении // Вестник ЯГУ. – 2010. – Т. 7, № 1. – С. 89-95.

Муслим Назаров
Педагогические технологии в контексте моделирования образования
Резюме
В статье анализируются возможности выявления моделей, функций, принципов, тенденций педагогических технологий в источниках педагогического моделирования и педагогической деятельности. Для повышения качества решения проблем будущим учителям предлагаются модели для построения тех или иных наиболее популярных педагогических технологий. Определены принципы оптимального моделирования педагогических технологий, перспективы их использования в модели непрерывного образования в сферах образования и продуктах деятельности. Качество педагогического моделирования условий и структур в структуре продуктивного поиска учителя в модели построения и детализации педагогической технологии определяется сочетанием профессиональных педагогических способностей и умений.

Ключевые слова: oбразование, моделирование, модельный подход, деятельность, педагогическая технология, принцип.


Muslim Nazarov
Pedagogical technologies in the context of
education modeling
Summary
The article analyzes the possibilities of identifying models, functions, principles, tendencies of pedagogical technologies in the sources of pedagogical modeling and pedagogical activity. In order to improve the quality of problem solving, future teachers are offered some models for the construction of one or another of the most popular pedagogical technologies. The principles of optimal modeling of pedagogical technologies, perspectives of their use in the model of continuing education in the fields of education and products of activity are defined. The quality of pedagogical modeling conditions and structures in the structure of the teacher’s productive search in the model of construction and detailing of pedagogical technology is determined by the combination of professional pedagogical abilities and skills.

Keywords: education, modeling, model approach, activity, pedagogical technology, principle.