AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ MİLLİ MƏDƏNİ DƏYƏRLƏRİN QORUNMASI VƏ İNKİŞAFININ ROLU

Post image

Nİgar Abbaszadə
Sumqayıt Dövlət Universitetinin dissertantı
E-mail: [email protected]

GİRİŞ
Son vaxtlar siyasi elmlər sırasında nisbətən cavan olan dövlətşünaslıq haqqında danışılır və çoxlu müzakirələr aparılır. Dövlətşünaslıqda ən mühüm istiqamətlərdən olan milli dövlətçilik və onun qoru­nub möhkəmləndirilməsi aktual problem olmaqla bərabər, həm də perspektiv istiqamətdir. Milli dövlətçilik və onun qorunub möhkəmləndirilməsi üçün zəngin tarixi keçmişə və ənənələrə malik olan xalqımızın milli mədəni dəyərlərin qorunub saxlanması bu gün həmişə olduğundan daha da aktualdır.
Müstəqilliyin bərpasından sonra keçən 29 il tarix üçün elə böyük müddət olmasa da, bu illərin hər birində uğurlarımız çox olmuşdur. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti xalqımızın milli dəyərlərini qorumağa, təbliğ etməyə yönəldilmişdir.
2003-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin xarici ölkələrdə təbliği və tari­xi abidələrin bərpası istiqamətində əhəmiyyətli layihələr həyata keçirilməyə başlanıldı. Bu gün görülmüş işlərdən bəhs edərkən dövlətçiliyimiz üçün mədəni milli dəyərlərimizin qorunub saxlanması və daha da inkişaf etdirilməsini xüsusi olaraq qeyd etməliyik. Ümummilli liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə mədəniyyət sahəsində də əsaslı islahatlar aparılmış, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılmışdır.
2020-ci ilin 27 sentyabrından başanan 44 günlük Vətən müharibəsinin son mərhələsindən sonra Qarabağda erməni vəhşiliyi nəticəsində maddi mədəniyyət abidərinin əksəriyyətinin məhv edilməsi, onların bərpası məsələləri də mövzunun aktuallığını artırır.
Eyni zamnda bu istiqamətdə istər uğurlarımız, istərsə də problemlərimizin təhlili növbəti illər və yeni perspektiv üçün fəaliyyət istiqamətlərini və inkişaf hədəflərini düzgün müəyyən etməkdə bizə kömək edə bilər. Dövlətçiliyimizin inkişaf perspektivlərinin müəyyən edilməsi milli mədəni dəyərlərimizin qabaqcıl dünya sivilizasiyasına inteqrasiyası prosesi də nəzərə alınmaqla, bundan sonra da qorunması və möhkəmləndirilməsi sahəsinda zəruri görüləcək işlərin kompleksini işləyib hazırlamağı zəruri edir. Hazırkı məqalədə 2003-cü ildən bəri bu sahədə görülmüş işlərin təhlil edilməsi də qeyd olunan məqsədə xidmət edir.

ƏSAS HİSSƏ
2003-cü ilin oktyabrın 15-i Azərbaycan dövlətçiliyi tarixində mühüm anla yaddaşlarda əbədi qalacaq. Xalqımız bütün tarixi boyu olduğu kimi yenə də böyük müdriklik göstərib öz taleyini və dövlətimizə başçılıq etmək kimi məsuliyyətli missiyanı namizədliyi irəli sürülmüş siyasətçilərdən ən layiqlisi İ.Əliyevə etibar etdi.
Daim yenilənən beynəlxalq münasibətlərin tez-tez köklü dəyişikliklərə məruz qalması, xarici təsirlərin mövcudluğu şəraitində ulu öndər Heydər Əliyevin siyasi varisi və tarixi dövlət idarəçiliyi məktəbinin ən layiqli davamçısı İlham Əliyev milli dövlətçiliyimizin qorunub möhkəmləndirilməsi yolunda ən məsuliyyətli mərhələnin əvvəli sayılan 2003-cü ildən başlayaraq xalqımıza şərəfli və ləyaqətli xidməti ilə dövlətçiliyin bütün istiqamətlərdə inkişafını təmin etmək üçün misilsiz işlər görmüşdür.
Azərbaycan dövləti 2003-2017-ci illərdə, cəmiyyət həyatının bütün sahələrində nəhəng uğurlara imza atmış və nüfuzlu beynəlxalq təşkilatların müntəzəm keçirilən sorğularının nəticələrində də təsdiq edildiyi kimi nəinki regionun, həm də postsovet məkanın iki aparıcı və qabaqcıl dövlətlərindən birinə çevrilmişdir. Azərbaycanın dövlətin idarəçiliyi sahəsində, mədəni inkişafda 15 ilə yaxın bir müddətdə əldə etdiyi yüksək göstəricilər postsovet respublikalarının, həm də inkişaf etmiş dünya dövlətlərinin göstəricilərini dəfələrlə qabaqlamışdır.
Tarixən zəngin təbii ehtiyatlara malik olması, əlverişli strateji coğrafi ərazidə yerləşməsi ilə eyni vaxtda milli-etnik və dini dözümlüyün yüksək səviyyəsinə görə müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən Azərbaycan bu gün başqa dövlətlərin liderlərinin nail ola bilmədikləri önəmli nəticərlə də öyünə bilər.
İ.Əliyevin hakimiyyətinin ilk illərindən başlayaraq görülmüş işlər cəmiyyətimizdə ictimai-siyasi sabitliyi, iqtisadi tərəqqini təmin etməyə yönəlmişdir. Dövlətin keçirdiyi hərtərəfli islahatlar, o cümlədən mədəni quruculuqda, insan və vətəndaş hüquqları və azadlıqların ən yüksək səviyyədə təminatı, vətəndaşların ölkənin idarə olunmasında iştirak formalarının təkmilləşdirilməsi ümummil­li inkişafın sürətlənməsində, sonda isə milli dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm rol oynamışdır.
Dövlətimizin, onun ənənələrinin daha da möhkəmləndiyi və inkişaf etdiyi yeni mərhələnin bir sıra mühüm xüsusiyyətləri olmuşdur. İ.Əliyevin dövlətçiliyin daha da inkişaf etdirilməsi yolundakı səmərəli fəaliyyətinin nəticəsi olaraq cəmiyyətdə demokratik dövlət quruculuğu, qanunçuluğa və hüquq qaydalarına əməl olunması ilə eyni vaxtda milli – mədəni dəyərlərin qorunub saxlanılması da xüsusi diqqət mərkəzində saxlanılmışdır.
İ.Əliyevin prezidentliyi dövründə milli mədəni dəyərlərimizin daha da möhkəmləndirilməsi sahəsində əsrlərlə dövlətçilik tarixi olan dünya ölkələrinə örnək olacaq durmadan artan uğurlar qazanılmış və işlər görülmüşdür.
Bu nəticənin qazanılması isə öz vətəndaşlarını yüksək firavan həyat şəraiti ilə təmin edən, cəmiyyətdə ictimai-siyasi sabitliyə nail olan, həm də demokratik dəyərlərin hakim olduğu, dövlətin mövcudluğu şəraitində baş tutmuşdur.
İlham Əliyev demişdir ki, “hər bir ölkənin mənəvi, mədəni həyatı da ölkənin səviyyəsini göstərir. Bu sahəyə daha böyük diqqət göstərilməlidir” (8).
İlham Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən mədəni həyatımızın zənginləşməsi üçün ardıcıl olaraq sərəncamlar imzalamış və onların icrası diqqət mərkəzində saxlanılmışdır. Dövlət başçısı demişdir: “Azərbaycan xalqının çox zəngin mədəniyyəti, tarixi vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir” (7, s.1,4).
Azərbaycan dövlətçiliyinin yeni inkişaf mərhələsində keçmiş tarixi ənənələrin, o cümlədən milli mədəni - mənəvi dəyərlərin qoru­nub saxlanılması, onların yeni tarixi şəraitə uyğunlaşdırılması sahəsində görülmüş işlər digər sahələrdən heç də geri qalmamışdır.
2003-2017-cic illərdə milli mədəni - mənəvi dəyərlərin qorunub saxlanılması, onların yeni tarixi şəraitə uyğunlaşdırılması sahəsində görülmüş işlərin əsas istiqamətlərindən biri azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi olmuşdur.
Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi sahəsində Ulu Öndər H.Əliyevin xidmətləri böyükdür. 2001-ci ildə dünya azərbaycanlılarının ilk dəfə bir araya gəlməsi və ilk həmrəylik qurultayında toplanması [2] Ulu öndərin “Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vətənidir” [9, s.6] ifadəsinin sübutu oldu.
Ulu öndərin “hər bir azərbaycanlı milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərləri yaşatmalıyıq” [9, s.6] sözlərinin bütün fəaliyyət dövründə rəhbər tutan İ.Əliyevin gördüyü işlər azərbaycançılıq ideologiyasını yeni yüksək mərhələyə yüksəldərək ona yeni ruh, yeni nəfəs verdi. Azərbaycançılıq ideologiyasının belə dinamik tərzdə inkişafı əslində yeni ideoloji dövlətçilik baxışlarının hazırlanması və formalaşmasını şərtləndirdi və dünya azərbaycanlılarının bu ideologiya ətrafında sıx
birləşməsinin yeni mərhələlərinin məzmunu müəyyən etdi. 2003-2017-ci illərdə dünya azərbaycanlılarının 3 qurultayının keçirilməsi bu sahədə görülmüş işlərin nəticəsi idi [3, 4, 5].
Dövlətçilik ideologiyası, onun əsas istiqamətləri olan milli mənəvi və tarixi dəyərlərimizin qorunması bu illərdə xüsusi diqqət mərkəzində saxlanılmış və görülmüş işlər mühüm əhəmiyyət kəsb etmişdir.
Bu dövr xalqın keçmiş tarixinə, dilinə, adət-ənənələrinə, mədəniyyətinə marağın xüsusi olaraq artması ilə əvvəlki illəri geridə qoyurdu. Dövlət başçımızın azərbaycanlıların dünyanın hər yerində milli və vətəndaş hüquqlarının qorunması məsələlərinə xüsusi önəm verməsi, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin fəaliyyətini gücləndirmək üçün gördüyü işlər sübut etdi ki, dövlətimizin malik olduğu maddi-mənəvi inkişafdan yararlanmaq onların hər birinin hüququdur.
Bütün bu işlərin yekunu isə xaricdə yaşayan azərbaycanlıların imkanlarından istifadə edərək Azərbaycanın olduğu indiki yüksək tərəqqi səviyyəsinin və nailiyyətlərinin, bir sözlə Qarabağ münaqişəsi də daxil olmaqla, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, onun beynəlxalq nüfuzunun artmasına, bununla da milli dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət etməsi idi.
Belə ki dövlətçiliyin taleyi, inkişaf perspektivləri bu gün dünyanın qabaqcıl ölkələrində bərqərar olunmuş demokratik dövləti idarə təsisatlarından çox asılıdır. Bu gün dünyanın beynəlxalq təşkilatların Azərbaycana, milli dövlətçiliyimizə münasibəti yalnız bu təsisatların cəmiyyətimizdəki indiki vəziyyəti, demokratiya prinsiplərinə necə əməl olunmasından asılı olaraq müəyyənləşdirilir.
Bu baxımdan bu günkü Azərbaycan XX əsrin sonlarında olduğundan xeyli fərqlidir. O vaxt bir tərəfdən müharibənin yaratdığı ağır vəziyyətin demokratik təsisatların fəaliyyətini çətinləşdirməsi, digər tərəfdən demokratik idarəçilik təcrübəsinin azlığı və digər sosial-siyasi xarakterli problemlər demokratik cəmiyyət quruculuğu prosesinin normal səviyyədə davam etməsini çətinləşdirirdi. Buna görə də beynəlxalq aləmdə dövlətimizin ünvanına yerli-yersiz iradlar tutulurdu.
Indiki mürəkkəb və qloballaşan dünyada Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafında mühüm rolu olan vətəndaşların vahid milli ideya - azərbaycançılıq idelogiyası ətrafında birləşdirilməsi üçün Ulu öndər H.Əliyevin əsasını qoyduğu siyasət bu gün İ.Əliyev tərəfindən rəsmi dövlət siyasəti səviyyəsinə yüksəldilərək dünya azərbaycanlılarını səfərbər etməyə kömək göstərmişdir.
İ.Əliyevin ilk dəfə prezident seçilməsi ilə başlayan demokratik quruculuğun yeni inkişaf mərhələsində bu məsələlər diqqət mərkəzində saxlanılmışdır. Bütün bunlar xalqımızın milli maraqlarına uyğun olaraq cəmiyyətdə tələb olunan və vaxtı çatmış sosial məsələlərin həllinə, siyasi plüralizmə geniş yol açılmışdır.
Böyük dövlətlərin tarixi təcrübəsi sübut etmişdir ki, dövlət idarəçilik qaydaları nə qədər möhkəm və sabit olarsa, həmin dövlətlərin daxili siyasi sabitliyi və beynəlxalq münasibətlər sistemində nüfuzu o qədər yüksək olur. Bu, yaşadığımız günlərdə hamılıqla qəbul edilmiş siyasi idarəçilik normalarına çevrilmişdir.
Azərbaycan Respublikası da bu baxımdan 2003-cü ildən bəri ölkə daxilində, cəmiyyətin idarəçiliyinin bütün sahələrində hamılıqla qəbul edilmiş birgə yaşayış normalarına, dövlətin demokratik əsaslarla idarəçiliyinə aparan mürəkkəb siyasi inkişaf yolunda uğurla irəliləyərək xalqımızın və dövlətimizin müstəqillikdən əvvəlki 70 il ərzində totalitar sistemin məhdudlaşdırdığı dövlətçilik ənənələrinin məhz demokratik cəmiyyətin qurulması və inkişafına hazır olduğunu sübut etmişdir.
Dövlət başçısının 2003-2017-ci illərdə dövlətçiliyin daha da möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətində milli mədəni nailiyyətlərimizin qorunması, daha da möhkəmləndirilməsi istiqamətində görülmüş işlərin xüsusi yeri, böyük əhəmiyyəti olmuşdur [10; 11].
Demokratik dəyərlərin, sosial ədalət siyasətin xalqımızın tarixində həmişə öz yeri və dərin izləri olmuşdur. Azərbaycan xalqının zəngin milli mədəni dəyərləri bugünkü demokratik cəmiyyət quruculuğu prosesinin məzmununu daha da zənginləşdirərək, dövlətimizin demokratiya və digər dəyərlərin möhkəmləndirilməsi istiqamətində yüksək sürətlə irəliləyərək dünyada qabaqcıl mövqelərə çatmasını təmin etmişdir.
Milli dövlətçiliyin yeni inkişaf mərhələsinin əsas istiqamətlərindən biri kimi cəmiyyətdə milli mədəni ənənələrimizin dünya mədəniyyəti, beynəlxalq sivilizasiyaya inteqrasiyasının təmin olunması istiqamətində də çox işlər görülmüşdür.
Dövlət başçısının uzaqgörən siyasəti hər sahədə uğurlarımızı təmin etmiş, milli mədəni ənənələrimizi daha da möhkəmləndirmiş, beynəlxalq aləmdə bizə müasir, sivil dövlət kimi yüksək və şərəfli tarixi mövqedə durmağımıza kömək etmişdir.
Bu gün ölkəmiz, mədəniyyət də daxil olmaqla, bütün sahələrdə yeni islahatlar dövrünə qədəm qoyub. İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşləri mədəniyyətimizin inkişafına, yeni əsərlərin yaradılmasına, yaradıcı insanların ictimai həyatda, sənət aləmində fəallığının artmasına stimul yaratmışdır (6, s.1).
Azərbaycan vətəndaşlarının öz tarixi keçmişi ilə, milli dəyərlərlə, dövlətçilik ənənələri ilə indi həmişə olduğundan daha çox fəxr etməsinin, qürur duymasının əsas səbəbi də bundadır. Dövlətçiliyimizin inkişafının yeni mərhələsinin gedişi və qazanılmış yüksək nailiyyətlərimiz isə qürur duyğularımızı daha da gücləndirir.
İ.Əliyevin hakimiyyəti çox az sayda dövlət başçılarının fəaliyyəti üçün xarakterik olan sosial ədalət və humanist prinsiplərə əsaslanaraq idarə etməsi, insanların və vətəndaşların əsas hüquqları və azadlıqlarını təmin edən fəaliyyəti dövlətimizin adının aparıcı dünya dövlətlərlə yanaşı çəkilməsinə gətirib çıxarmışdır.
Qloballaşan dünyanın mürəkkəb hadisə və prosesləri qarşısında Azərbaycanda milli maraqlara əsaslanan dövlət siyasətinin həyata keçirilməsi ilə eyni vaxtda demokratik fəaliyyət və normal həyat şəraitinin hakim olması dövlətimizə yüksək, layiq­li siyasi imic qazandırmışdır. Demokratikləşmə və sosial-iqtisadi tərəqqi proseslərinin bir-birindən ayrılmazlığı və möhkəm vəhdət təşkil etməsi yaşadığımız dünyada çox az sayda dövlətlərə aid edilən nadir hallardan biridir.
Son on yeddi ildəki mədəniyyət salnaməsini vərəqləyəndə, ürəkaçan mənzərə ilə qarşılaşırıq. Mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir.
Bu illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi ilə bağlı 600-dən çox fərman və sərəncam imzalanıb. Dövlət başçısının qeyd etdiyi kimi, mədəniyyət sahəsində böyük investisiya proqramları reallaşdırılıb, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, sərgi salonları, rəsm qalereyaları istifadəyə verilib, habelə, mövcud mədəniyyət obyektlərinin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi zənginləşdirilməsi istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilib.
Prezidentin 2014-cü il 14 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” (1, s.1) sonrakı dövr üçün ölkənin mədəni həyatının müasir tələblər səviyyəsində qurulmasına əsaslı stimul vermişdir.

NƏTİCƏ
Bu gün Azərbaycanın mütərəqqi və fərqli sosial inkişaf modeli, cəmiyyət həyatının demokratikləşdirilməsi təcrübəsi və məblli mədəni nailiyyətlərimizin qorunması, daha da möhkəmləndirilməsi sahəsindəki nailiyyətlərdə dövlət başçısının rolu kifayət qədər müstəqillik tarixi olan dövlətlər üçün də örnəkdir.
Bugünkü Azərbaycan cəmiyyət həyatının bütün sahələrində yüksək uğurlara sahib olmuşdur. Əksər inkişaf göstəricilərimiz, o cümlədən mədəni inkişaf sahəsində də, orta dünya və Avropa səviyyəsini də keçir. Lakin bu hələ hər şey demək deyil. İrəlidə bizi yeni hədəflər və uğurlar gözləyir. Buna görə də hər bir sahədə olduğu kimi dövlətçiliyimizin möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qoruyub saxlanması və daha da inkişafı perspektivləri hər birimiz üçün olduqca vacibdir.
Bu gün Azərbaycan incəsənəti ölkəmizi dünyada daha geniş miqyasda tanıtmaqdadır. UNESKO və İSESKO kimi mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı yüksək sivilizasiyalı bir ölkə kimi tanıyır. Bizim bir çox mədəniyyət abidələrimiz UNESKO-nun maddi və mənəvi irs siyahısına salınmışdır. Hər iki beynəlxalq təşkilatın xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse –prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında rolu çox böyükdür. Xüsusilə görkəmli sənət adamlarının - şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESKO səviyyəsində keçirilməsi mədəniyyətimizə, incəsənətimizə verilən yüksək qiymətin nümunəsidir.
Ölkəmizdə mədəniyyət sahəsinin ahəngdar inkişafının təmin edilməsi, şübhəsiz, dövlət başçısının bu sahəyə yüksək qayğısının nəticəsi, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin milli-mədəni intibah amalının əbədi yaşayacağının təminatıdır.

Açar sözlər: milli, mədəniyyət, dəyər, dövlət, ərazi, islahat, proqram, inkişaf.


ƏDƏBİYYAT SİYAHISI
1. “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. 14 fevral 2014-cü il. //Azərbaycan. - 2014. - 15 fevral. - s.1.
2. Dünya Azərbaycanlılarının I Qurultayı: Bakı şəhəri, 9-10 noyabr 2001-ci il / tərt. ed. Ə.M.Həsənov. - Bakı: Azərbaycan nəşriyyatı, - 2002. - 351 s.
3. Dünya Azərbaycanlılarının II Qurultayı: Bakı səhəri, 16 mart 2006-cı il / tərt. ed: N.Qurbanov, R.Hüseynov, E.Miraləm. - Bakı: Çaşıoğlu, - 2006. - 192 s.
4. Dünya Azərbaycanlılarının III Qurultayı: Bakı şəhəri, 5 iyul 2011-ci il / tərt. ed. L.Həmzəyeva, N.Qurbanov, E.Miraləm. -Bakı: Adventa MMC, - 2011.-240s.
5. Dünya Azərbaycanlılarının IV Qurultayı: Bakı şəhəri, 3-4 iyun 2016-cı il / - Bakı: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası, - 2016. - 81 s.
6. Nərimanoğlu M. Dövlət başçısı milli-mədəni inkişafın prioritetlərini müəyyənləşdirdi. Azərbaycan.- 2019. - 2 mart. - s.1; 6.
7. Qarayev Ə. Milli mədəni intibahın parlaq üfüqləri. Azərbaycan. - 2018. - 13 noyabr. - s.1; 4.
8. Orucov E. Prezident İlham Əliyev ulu öndərin mədəniyyət siyasətini uğurla davam etdirir. https://xalqqazeti.com/mobile/az/news/37492
9. Rafael Cəbrayılov. Heydər Əliyev və azərbaycançılıq ideologiyası // Azərbaycan. - 2011. - 17 may. - s.6.
10. Prezident İlham Əliyev və mədəniyyət, 2013-2018: 2 cilddə / Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Prezident Kitabxanası”,. I c. - Bakı: Nəşriyya Evi - Yayınevi, 2018. - 584 s.
11. Prezident İlham Əliyev və mədəniyyət, 2013-2018: 2 cilddə / Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Prezident Kitabxanası”., II c. - Bakı: Nəşriyyat Evi - Yayınevi, 2018. - 440 s.

 

 

Abbaszade N.M.
ROLE OF PROTECTION AND
DEVELOPMENT OF NATIONAL CULTURAL VALUES IN STRENGTHENING
THE AZERBAIJANI STATEHOOD

SUMMARY
The article says that the work done to preserve the historical traditions of the past, including national cultural and spiritual values, to adapt them to new historical conditions, at a new stage in the development of Azerbaijani statehood did not lag behind other spheres.
Today, the progressive and different model of social development of Azerbaijan, the experience of democratizing public life and the role of the head of state in the achievements in protecting and further strengthening our cultural achievements are an example for countries with a long history of independence.
After the last stage of the 44-day Patriotic War, which began on September 27, 2020, the destruction of most cultural monuments in Karabakh as a result of Armenian atrocities and their restoration also increase the urgency of the problem. Determining the prospects for the development of our statehood, taking into account the process of integrating our national cultural values into the advanced world civilization, requires the development of a set of measures that must be taken to further protect and strengthen it. The analysis of the work done in this area since 2003 serves the same purpose.

Keywords: national, culture, value, state, territory, reform, program, development.

Абасзаде Н.М.
РОЛЬ ЗАЩИТЫ И РАЗВИТИЯ НАЦИОНАЛЬНЫХ КУЛЬТУР
НЫХ ЦЕННОСТЕЙ В УКРЕПЛЕНИИ АЗЕРБАЙДЖАНСКОЙ
ГОСУДАРСТВЕННОСТИ

РЕЗЮМЕ
В статье говорится, что проделанная работа по сохранению исторических традиций прошлого, в том числе национальных культурных и духовных ценностей, по адаптации их к новым историческим условиям, на новом этапе развития азербайджанской государственности не отстала от других сфер.
Сегодня прогрессивная и иная модель общественного развития Азербайджана, опыт демократизации общественной жизни и роль главы государства в достижениях в области защиты и дальнейшего укрепления наших культурных достижений являются примером для стран с долгой историей независимости.
После последнего этапа 44-дневной Отечественной войны, начавшейся 27 сентября 2020 года, разрушение большинства культурных памятников в Карабахе в результате армянских зверств и их восстановление также усиливают актуальность проблемы. Определение перспектив развития нашей государственности с учетом процесса интеграции наших национальных культурных ценностей в передовую мировую цивилизацию требует разработки комплекса мер, которые необходимо предпринять для ее дальнейшей защиты и укрепления. Этой же цели служит и анализ работы, проделанной в этой области с 2003 года.

Ключевые слова: национальная, культура, ценность, государство, территория, реформа, программа, развитие.