YERLİ ÖZÜNÜİDARƏETMƏNİN ƏSAS MODELLƏRİ

Post image

UOT 321.8:331.107
DOI:10.30546/3006-0346.2024.1.79.78

Zəfər Abdullayev


Yerli özünüidarəetmənin əsas modelləri
XÜLASƏ:
Müasir dövrdə dəyişiklik və təkmilləşmə prosesini davam etdirən yerli özünüidarəetmənin modelləri uzun bir müddət ərzində formalaşmışdır. Müxtəlif ölkələrdə demokratiyanın əsas prinsiplərinə riayət olunması şərtilə yerli özünüidarəetmənin fərqli modelləri tətbiq edilir. Dünya praktikasında hal-hazırda yerli özünüidarəetmənin bir neçə növü mövcuddur. Mərkəzi hakimiyyətlə münasibətlər baxımından yerli özünüidarəetmənin aşağıdakı əsas modellərini göstərmək olar: anqlosakson, qitə və qarışıq. Anqlosakson modeli üçün bələdiyyə orqanlarına yerlərdə nəzarət edən dövlət nümayəndəsinin və iyerarxik tabeçiliyin olmaması xarakterikdir. Yerlərdə mərkəzi hakimiyyətin nümayəndəsinin olmamasına baxmayaraq, bu modelə malik olan ölkələrdə yerli özünü­idarəetmə orqanlarının fəaliyyətinə ümumi dövlət nəzarəti mövcuddur. Nəzarət funksiyası məhkəmələr, sahə nazirlikləri və maliyyə vəziyyətinin yoxlanılması kimi qeyri-müstəqim vasitələrlə həyata keçirilir. Qitə modeli yerlərdə müstəqim dövlət idarəçiliyi və yerli özünüidarəetmənin birləşdirilməsinə əsaslanır. Dövlət administrasiyası məmurları yerli nümayəndəli orqana nəzarət edir, habelə ümumdövlət əhəmiyyətli digər funksiyaları yerinə yetirirlər. Onlar seçilmiş şuranın buraxılmasını və merin vəzifədən uzaqlaşdırılmasını həyata keçirə bilərlər.Təyin olunmuş məmur yerli özünüidarəetmənin ikinci səviyyəsində olur, icmalar (kommuna) isə onun birbaşa iştirakı olmadan fəaliyyət göstərir. Qarışıq model anqlosakson və qitə modellərinin xüsusiyyətlərinə malik olmaqla yanaşı, özünəməxsus xüsusiyyətlərə də malikdir. Həm öz vəzifələrini, həm də həvalə edilmiş dövlət səlahiyyətlərini icra edən yerli özünüidarəetmə orqanları maliyyə və maddi-texniki cəhətdən təmin olunurlar. Yerli özünüidarəetmənin qarışıq modelinin əsasında ikisəviyyəli sistem dayanır. Onların statusu konstitusiyada təsbit olunmaqla yanaşı, regional qanunvericilikdə də öz əksini tapır.
Məqalədə müəllif tərəfindən yerli özünüidarəetmənin müxtəlif modelləri təhlil olunur, onların fərqləndirici xüsusiyyətləri, əsas fəaliyyət prinsipləri və dövlət hakimiyyəti ilə qarşılıqlı münasibətləri aydınlaşdırılır.

Açar sözlər: yerli özünüidarəetmə, anqlosakson modeli, qitə modeli, qarışıq model, bələdiyyə


Зафар Абдуллаев
Бакинский Евразийский Университет, диссертант

Основные модели местного самоуправления
РЕЗЮМЕ
Модели местного самоуправления, продолжающие процесс изменения и совершенствования на современном этапе, формировались на протяжении длительного периода времени. В разных странах применяются разные модели местного самоуправления при условии соблюдения основных принципов демократии. В настоящее время в мировой практике существует несколько типов местного самоуправления. С точки зрения отношений с центральной властью можно указать следующие основные модели местного само­управления: англосаксонскую, континентальную и смешанную. Англосаксонская модель характеризуется отсутствием местного представителя государства, контролирующего муниципальные органы, и отсутствием иерархического подчинения. Несмотря на отсутствие представителя центральной власти на местах, в странах с этой моделью существует общий государственный контроль за деятельностью органов местного самоуправления. Функция контроля осуществляется инструментами непрямого управления такими, как суды, отраслевые министерства и финансовый аудит. Континентальная модель основана на сочетании прямого государственного управления и местного самоуправления. Чиновники государственного управления контролируют местный представительный орган, а также выполняют другие функции общегосударственного значения. Они могут распустить избранный совет и отстранить мэра от должности. Назначенный чиновник находится на втором уровне местного самоуправления, а общины (коммуны) функционируют без его непосредственного участия. Смешанная модель имеет черты англосаксонской и континентальной моделей, однако обладает и своими особенностями. Органы местного самоуправления, выполняющие как свои обязанности, так и делегированные государственные полномочия, получают финансовую и материально-техническую поддержку. Смешанная модель местного само­управления основана на двухуровневой системе. Их статус не только закреплен в конституции, но и отражен в региональном законодательстве.
В статье автором анализируются различные модели местного самоуправления, выясняются их отличительные особенности, основные принципы деятельности и взаимоотношения с государственной властью.

Ключевые слова: местное самоуправление, англосаксонская модель, континентальная модель, смешанная модель, муниципалитет

Zafar Abdullayev
PhD in the Baku Eurasian University

Basic models of local self-government
SUMMARY
Models of local self-governance, which continue the process of change and improvement in modern times, have been formed over a long period of time. In different countries, different models of local self-government are applied, provided that the basic principles of democracy are observed. Nowadays, there are several types of local self-government in the world. In terms of relations with the central government, the following main models of local self-government can be indicated: Anglo-Saxon, continental and mixed. The Anglo-Saxon model is characterized by the absence of a local representative of the state controlling the municipal bodies and the absence of hierarchical subordination. Despite the absence of a representative of the central government, in countries with this model, there is general state control over the activities of local self-government bodies. The control function is carried out through indirect means such as courts, line ministries and financial audits. The continental model is based on the combination of direct state administration and local self-government. State administration officials supervise the local representative body, as well as perform other functions of national importance. They can dissolve the elected council and remove the mayor from office. The appointed official is at the second level of local self-government, and communities (communes) operate without his direct participation. The mixed model has characteristics of the Anglo-Saxon and continental models, but also has its own characteristics. Local self-government bodies performing both their duties and delegated state powers are financially and logistically supported. The mixed model of local self-government is based on a two-level system. Their status is not only established in the constitution, but also reflected in the regional legislation.
In the article, the author analyzes various models of local self-government, and clarifies their distinguishing features, main operating principles and mutual relations with the state power.

Keywords: local self-governance, Anglo-Saxon model, continental model, mixed model, municipality

PDF