Kipr problemində Türkiyə-Yunanıstan münasibətləri: Enozis, Qanlı Milad

Post image

LEYLA NƏBİYEVA
Bakı Dövlət Universiteti, Asiya və Afrika Ölkələri tarixi kafedrasının doktorantı

E-mail: [email protected]

Türkiyə və Yunanıstan arasında başlamış olan Kipr problemi Türkiyə üçün həll edilməsi çətin olan məsələlərdən olmuşdur. Kipri Yunanıstanın bir parçası halına gətirmək (Enozis) və orada yaşayan türklərin yox edilməsi, hətta bir gecədə yox edilməsi düşüncəsi Yunanıstanın və Kiprdə yaşayan rumların əsas ideallarından biri olmuşdur. Kiprdə rumlar bu ideyalarını gerçəkləşdirmək üçün 1963-cü ildə türklərə qarşı qətliam törətdilər ki bu da tarixə Qanlı Milad adı ilə yazıldı. Bu hadisə türklərə qarşı düşmənli̇yi̇ ilə tanınan baş yepiskop Makarios zamanında vaş verdi.
Qanlı miladın törədilməsində 1950 və 1960-cı illərdə Türkiyə ilə Yunanıstan arasında imza­lanmış anlaımaya əsasən yaranmış olan Kipr Cümhuriyyətini yox etmək, Enozisi bir an əvvəl həyata keçirmək, Kipr məsələsinin BMT-də müzakirə edilməsinə nail olmaq və Türkiyənin Kipr adasında mövqeyini zəiflətmək məqsədi güdürdü.
Bu yazıda Kipr adasında çıxmış olan problemlər zamanı Türkiyə ilə Yunanıstan arasında olan münasibət, Enozisə Türkiyənin və böyük düvlətlərin reaksiyaları və türklərə qarşı Qanlı Miladın törədilməsi məqsədləri araşdırılacaqdır.
Kipr Siciliya və Sardiniya adalarından sonra Şərq meredianları arasında yer alan ən böyük üçüncü adadır. Bunun üçün də bütün tarix boyu Şərqi Aralıq dənizi və onu çevrələyən dövlətlərin və buradan keçən Şərq-Qərb, Şimal-Cənub istiqamətli dəniz və quru ticarət yollarının idarəsi baxımından çox əhəmiyyətli bir geopolitik və stratejik önəmə sahib olmuşdur. Bu coğrafi vəziyyəti Kipr adasına çox önəm qazandırmışdır ki, bu da tarix boyu böyük güclərin Kipri qazanmaq üçün mübarizə aparmalarına səbəb olmuşdur [9, s.41]. Kipr Orta Şərq və Şərqi Aralıq dənizi, Süveyş bu bölgədən keçən bütün dəniz və hava yollarını Qırmızı dəniz ilə Fars körfəzini nəzarət altında tuta biləcək strateji mövqeyə sahibdir [13, s.3]. Roma, Osmanlı imperiyası və Böyük Britaniya kimi dövlətlərin Aralıq dənizinin üçüncü böyük adası olan Kiprə xüsusi diqqətləri olmuşdur. Osmanlı dövləti 1 iyul 1570-ci il 1 avqust 1571-ci illər arasında çox çətin müharibə nəticəsində Kipri fəth etmiş və ada 308 il (1571-1878) Osmanlı hakimiyyətində qalmışdır [10, s.270]. 1877-78-ci illər Rus-Osmanlı müharibəsində türklərin böyük torpaqlar itirməsini İngiltərə özünə təhlükə olaraq gördüyü üçün Berlin kongresini toplamış və burada 1878-ci ildə imzalanmış olan Berlin anlaşmasına görə, Kipr adası müvəqqəti olaraq İngiltərəyə verildi və İngiltərə Kiprə yerləşdirəcəyi hərbi qüvvə ilə rusların Anadoluya hər hansı bir hücumu zamanı Osmalıya yardım etməyi öz üzərinə götürdü [17, s.34].
1923-cü il Lozan anlaşmasına görə Türkiyə İngiltərənin adanı təktərəfli işğalını tanımaq məcbu­riy­yətində qaldı. 10 mart 1925-ci ildə isə Kipr Tac Koloniyası adlandırılmışdır. 1878-1960-cı illər arasında Kipr adasında davam etmiş İngilis hakimiyyəti dövründə burada yalnız rum xalqının mənafeyi qorunmuş, burada yaşayan türk xalqı isə daima fədakarlıq göstərən tərəf olmuşdur [7, s.52].
İngiltərə Hind və Aralıq dənizinə kontrol etmək məqsədilə Kipri ələ keçirməyi uzun müddət idi ki, planlaşdırırdı. Bu məqsədinə nail olmaq fürsətini 1877-1878 Osmanlı- Rus müharibəsindən sonra ələ keçirdi. 1878-ci ildə Rusiyanın Osmanlı İmperiyasını məğlub etməsi və türklərin böyük torpaq sahəsə itirməsini öz mənafeyinə uyğun olmadığını görən İngiltərə Osmanlını bu vəziyyətdən çıxarmaq məqsədilə Ayastefanos anlaşmasının türklərin xeyrinə dəyiıdirilməsi üçün Berlin konqersinin yenidən toplanmasını istədi. 1878- ci ildə imzalanan Berlin anlaşmasına görə, Kipr adası müvəqqəti olaraq İngiltərəyə verildi və İngiltərə rusların hər hansı hücumu zamanı Osmanlıya yardım edəcəkdi [17, s.34]. Kipr 1878-ci ildə İngiltərə ilə Osmanlı arasında Türkiyəni rus hücumundan qorumaq məqsədi ilə imzalanmış olan Konvensiya ilə Türklərin əlindən tamamilə çıxdı [19]. Bu tarixdən sonra Osmanlı hökumətlərinin əsas siyasəti orada olan türklərin mənafelərini qorumaq oldu. Yunanlar isə Enosis (birləşmə: Yunanıstanın Kipri özünə birləşdirmə ideyası) üçün təyziqlər edirdilər [8]. Enozisin mənası rumca ilhaq etmək deməkdir və Meqali İdea (Megalo idea böyük fikir ) xəritəsinin çəkildiyi gündən etibarən gündəmdədir [1, s.43]. Meqali İdea Bizansın aradan götürülərək, içində Kipr adasının da olduğu bütün yunanları və tarixdə yunanlara aid olduğu hesab etdikləri bütün torpaqların bir bayraq altında toplanmasini və Böyük Yunanıstan qurulmasını nəzərdə tuturdu. Bu xəritə 1791-ci ildə çəkilməyə başlanılıb 1796-cı ildə çap edilmişdir [2, s. 4-7].
12 iyul 1878-ci ildə Kiprin idarəsinin keçici olaraq İngiltərə ələ aldığı zaman kiprli rumlar Yunanıstanın baş yepiskopu Sofraniyosun başçılığı ilə “adanın idarəsinin dəyişməsini qəbul edirik, çünki digər Yunan adalrı kimi Kiprin də, milli baxımdan bağlı olduğu Yunanıstana verilməsinə İngiltərənin yardım edəcəyini bilirik. ”deyərək Enozis fikirlərini açıqca bəyan etdilər [2, s. 6].
1907-ci ildə ingilis müstəmləkələri nazirliyi məsləhətçisi Uinston Çörçilin Kipri ziyarəti ərəfəsində kiprli rumlar adanın Yunanıstana birləşdirilməsini ondan tələb etdilər. O isə Kiprin Yunanıstan ilə heç bir əlaqəsinin olmadığını və rumların da yunanlı olmadıqlarını, eyni zamanda adanın İngiltərəyə verildiyini əsas gətirərək bu tələbi rədd etdi [2, s.8].
1950-ci il 18 oktyabrda Makarios Kipr Ortodoks kilisəsinin baş yepiskopu seçildi. O, kiprli rumların Enozis sevdalarını daha da alovlandıraraq “Enozisi həyata keçirənə qədər mənə rahat yoxdur” deyə öz çıxışında bildirmişdi [15, s. 61]. Makarios 25 aprel 1952-ci ildə dəfələrlə Yunanıstan ziyarətləri etmiş və nəhayət Yunanıstan baş naziri Papaqosu Kipr məsələsənin BMT-yə çıxarılmasına razılıq verməsinə nail olmuşdu. Beləliklə Yunanıstan BMT-də Kipr xalqına özü öz müqəddəratını həll etmək, özü özünü idarə etmək (self determination) haqqı verilməsini istəyən tələbin gündəmə gətirilməsini istəmişdir və bununla da Enozis üçün daha fərqli bir qapı açılmışdır [14, s. 765-796].
23 Mart 1954-cü ildə Yunanıstan Kipr məsələsinin BMT-də müzakirə edilməsinə nail oldu. BMT siyasi komissiyası Yunanıstanın bu tələbini incələdikdən sonra qəbul edilməsi haqqında qərar çıxardı.Bu qərardan sonra Türkiyə baş naziri Adnan Menderes Kipr məsələsinin bağlandığını bildirdi. Lakin Yunanıstan bu mövzuda heç bir zaman onunla razılaşmadı [4, s. 19-20]. Bundan sonra Kiprdə mütəmadi olaraq türklərə qarşı hücumlar, təkidlər və təxribatlar başladı. Türklər hər yerdə təqib və narahat edilirdilər.
1959-cu ildə Yunanıstan və Türkiyə xarici işlər nazirləri əvvəlcə Parisdə sonra isə Sürixdə toplanaraq Kiprə müstəqil Cümhuriyyət verilməsini müzakirə etdilər. Bunun nəticəsində Türkiyə baş naziri A. Menderes və Yunanıstan baş naziri Karamanlis qərara gəlmiş və anlaşma imzalamışlar. Bu anlaşma 27 maddədən ibarət idi və 11 fev­ral 1959-cu ildə Sürixdə imzalanmışdır. Bundan sonra 19 fevralda edyni şəkildə Londonda toplanmış və bu səfər türk rum təmsilçiləri də bu anlaşmanı imzalamışdılar. Beləliklə Kiprdə Cümhuriyyət qurulmasını təsdiqləyən London və Sürix anlaşmaları İngiltərənin adada olan mənafelərini qorumağa kömək etdi [7, s. 734-735]. Bu anlaşmalardan sonra Kipr Cümhuriyyəti Konstitusyası və konstitusiyanın bir parçası olan Qarantiya və İttifaq andlaşmaları da imzalanmışdır. Bu gündən sonra Kipr müstəqilliyini elan etdi və beləlikə Yunanıstan Enozis Türkiyə isə Taksim istəklərindən əl çəkmiş oldurlar. 20 sentyabr 1960-cı ildə Kipr BMT-nin üzv dövləti oldu [14, s. 772].
Kipr cümhuriyyət aldıqdan sonra burada türklərə qarşı şiddətlər başladı ki, bunun da başında Makarios dururdu. Makarios konstitusiyada türklərə veto haqqının verilməsi ilə razılaşmır, o maddənin ləğv olunmasını tələb edirdi. Türkiyədə 1960-cı il 17 may hadisələri cərəyan etdiyi üçün ölkənin bütün diqqəti bu hadisələrə yönəlmişdi. Lakin Makariosun bu tələbinə laqeyd qalınmadı və sərt bir nota ilə bu tələb rədd edildi, ancaq o, bu rəddi qəbul etmədi. Bu zaman Makariosa İngiltərə və Yunanıstandan əks cavab gəlmədi. Buna baxmayaraq Makarios konstitusiyanı dəyişdirmək məqsədinə nail olmadı və çoxdandır hazırlamış olduğu Akritas planını həyata keçirməyə başladı. 21 dekabr 1963-cü ildə Qanlı Milad adı ilə tarixə yazılmış olan, türklərə qarşı hücumlar başladı. Bu hücumlar Enozis çağırışları ilə həyata keçirilir və Kiprdə yaşayan türklərə qarşı edilirdi. Bu hadisələr zamanı uzun illərdir düşünülən türklərin qətliamı reallaşdırılırdı [16, s.198]. Bu hadisələr EOKA adlı təşkilat altında həyata keçirilirdi. EOKA Kiprin Yunanıstana birləşdirilməsini istəyən yunanlar tərəfindən 1955-ci ildə qurulmuş bir təşkilatdır. Qanlı miladın törədilməsində, adanın bütün hər yerində bombalı hücumlar edilərək, pusqular qurularaq, insanları öldürərək təxribatların törədilməsində əsas məqsəd Kiprin Yunanıstana birləşdirilməsi idi.
Qanlı milad hadisələrində bir çox türk qətlə yetirilmiş, evləri dağıdılmışdır. Bu hadisələrin törədilməsində əsas məqsədlərdən biri də, adada yaşayan türk ailələrini qorxutmaq və Kiprdən köç etməyə məcbur etmək idi. Çünki adada nə qədər az türk olarsa Enozisi həyata keçirtmək bir o qədər asan olacaqdı.
Qanlı milad hadisələri zamanı Makarios poçt, TV və radioları ələ keçirərək burada olan hadisələrin dünyaya çatdırılmasının qarşısını almışdı, özü isə dünya mətbuatına qanlı milad hadisələrini türklərə olan hücum olaraq yox, türklərin özlərinin çıxartdıqları qiyam olaraq qələmə verirdi. Bu hadisələr zamanı Türkiyə Qaran­ti anlaşmasına əsasən 25 dekabr 1963-cü ildə Lefkoşa səmalarında xəbərdarlıq uçuşları etmək üçün hərbi təyyarələrini göndərdi [14, s.780].
1963-cü il 23 dekabrda yunanların türklərə hücum etməsi ilə arada olan münasibətlər qanlı qarşıdurmaya çevrildi. Türkiyə bu vəziyyətə müdaxilə etmək məcburiyyətində qaldı. ABŞ ilk əvvəl bu vəziyyətə müdaxilə etmək istəyində deyildi. Həmin vaxtlarda İsmət İnönü ABŞ-ı bu hadisələrə daxil etmək üçün cəhdlər göstərsə də o vaxt ABŞ xarici işlər naziri Dean Rusk bu mövzuda ABŞ tərəfsizdir deyə bildirmişdir. Sadəcə Rusk türk və yunan səlahiyyətli nümayəndələrinə bu vəziyyətdə ölkələrinə göstərilmiş olan hərbi yardımlardan Amerika dövlətini xəbərdar etmədən istifadə edilməməsi xəbərdarlığını etmişdir. 1963-cü il 25 dekabrda Türkiyə qırıcıları adanın üzərindən xəbərdarlıq uçuşları etməyə başladılar. Bundan sonra İngiltərə, Yunanıstan və Kipr adına Makarios adada barış məqsədli İngilis generalının rəhbərliyində bir güc yaradılmasını qəbul etdi. Bu dönəmdə ABŞ hələ də tərəfsizliyini davam etdirirdi. 1964-cü ildə İnönü ABŞ səfiri Raymond Harreyə ABŞ-ın adada olan vəziyyətə bir qaranti­ya verməyəcəyi təqdirdə adadakı hadisələrə Türkiyənin müdaxilə edəcəyini bildirdi. Yalnız bu xəbərdarlıqdan sonra ABŞ istəksiz olsa da adada olanlara müdaxilə etmək qərarına gəldi [12, s. 108].
Qanlı Milad hadisələri BMT təhlükəsizlik toplantısında müzakirə edildiyi zaman Yunanıstan nümayəndələri Makariosu dəstəkləyən çıxışlar etdilər və beləliklə onun törətmiş olduğu cinayətləri örtbasdır edərək ona şərik oldular. Eyni zamanda 27 fevral 1964-cü ildə Yunanıstan baş naziri Yargo Papandreou Makariosa onu dəstəklədiyi haqqında məktub da göndərdi [2, s. 69].
Türklərin xəbərdarlıq uçuşlarından sonra Kiprdə atəşkəs elan edildi, lakin rumlar atəşkəsi qorumayıb yenə türklərə hücumlar edir onları qovmaq üçün hər cür yollara əl atırdılar. Bu səbəbdən Türkiyə adada asayişi qorumaq məqsədilə artıq hərbi təyyarələrini və hərbi gəmilərini oraya göndərdi. Bundan sonra 17 fevral 1964-cü ildə BMT baş katibi U Tan iki tərəf arasında vasitəçi olmağı öz öhtəsinə götürdü və münasibətlərin düzəlməsi üçün işlər başladı.
Türklərin yox edilməsi və Kipr adasından tamamilə çıxarılmasına yönəlmiş olan Qanlı milad hadisələri nəticəsində 103 türk kəndi məv edilmiş, yüzlərlə türk öldürülmüş, 7500 nəfər yaralanmış və 25000 nəfər qaçqın düşmüşdür [2, s.69].
Türkiyənin adada olan hadisələrə qarşı artıq səbri qalmadı və hərbi müdaxilələr etməyə başladı. Bundan sonra Amerika Birləşmiş Ştatları prezidenti Conson Türkiyə baş naziri İsmət İnönüyə bir məktub göndərdi [18]. Məktubda Türkiyənin Kiprə müdaxilə edəcəyi təqdirdə Amerikan yardımları ilə Türkiyəyə verilmiş olan hərbi sursatın istifadəsinə Amerikan hökuməti tərəfindən icazə verilməyəcəyi bildirilirdi. Eyni zamanda Türkiyənin Kiprə müdaxiləsi zamanı Sovetlər də hərəkətlənərək müdaxilə edə biləcəyi və bu təqdirdə NATO müttəfiqlərinin Türkiyəyə heç bir yardım etməyəcəyi açıq şəkildə qeyd olunurdu. Bu təhdid dolu məktuba İsmət İnönünün də cavabı sərt oldu. Məktubda qeyd olunurdu: Məktubunuz illər boyu ABŞ ilə münasibətlərinə diqqət göstərən ölkəmiz üçün bir xəyal qırıqlığı olmuşdur [11,]. NATO anlaşması üzv dövlətlərdən birinin hər hansı təcavüzə məruz qalması təqdirində digərlərinin ona yardım etməsi məqsədi ilə qurulmuşdur. Əgər digər dövlətlər Sovet hücumuna məruz qalmış ölkənin bu vəziyyətə necə gəldiyini araşdırıb nəticəsinə görə qərar verəcəklərsə bu o deməkdir ki, NATO ittifaqının bünövrəsi sarsılmış və o ittifaqın heç bir mənası qalmamışdır [5, s. 279-280]. Bu hadisədən sonra Türkiyə-ABŞ arasında olan münasibətlərdə də bir müddət soyuqluq başladı.
Nəticə etibarilə bütün dünyada Qanlı milad hadisələri kimi bilinən, 21 dekabr 1963-cü ildə başlanan hadisələrdə yüzlərlə türk həlak oldu, minlərlə türk ailəsi yaşadıqları yerləri tərk etmək məcburiyyətində qaldılar. Bu hadisələr zamanı Yunanıstanın Makariosun törətdiyi əməlləri dəstəkləməsi ilə əvvəldən də yaxşı olmayan Türkiyə Yunanıstan əlaqələri daha da pisləşdi. Yunanıstanla yanaşı bu hadisələr Türkiyə ABŞ münasibətlərinə mənfi təsir göstərdi və Türkiyənin adadakı hadisələrə müdaxilə etməsinin qarşısını almaq məqsədilə göndərilmiş olan Conson məktubu ilə uzun müddət düzəlməyəcək qədər pisləşdi. Meqali ideyanı həyata keçirmək üçün hazırlanmış olan Akritas planı və 1963-cü il Qanlı Milad hadisələri törədildi. Bu hadisələr Yunanıstanın Türkiyəyə qarşı olan düşmənliyini hansı həddə qədər gələ biləcəyinin bir sübutu idi.
KKTC-nin qurucusu sayılan Rauf Raif Denktaş öz yazısında Kipr probleminin indiyə qədər həllinin tapılmamasına səbəb olaraq Rum-Yunan birliyinin bütün adaya sahib olmaq sevdasını unutmamaları olduğunu bildirmişdir. O eyni zamanda Kiprin heç bir zaman Yunanıstana aid olmadığını və burada sadəcə sayca daha çox rum yaşayır deyə onların olduğunun iddia edilməsinin yanlış olduğunu söyləmişdir [6, s. 21].
Açar Sözlər: Kipr, Türkiyə, Yunanıstan, Enozis, Qanlı Milad, BMT.

ƏDƏBİYYAT SİYAHISI:
1. Adıyeke A. N., Geçmişten bu güne Kıbrıs sorunu ve Türkiye. 9. Askeri tarih semineri bildirileri 1, 22-24 Ekim 2003, İstanbul, 2005.
2. Alasya H. F., Kuzey Kıbrıs Türk Cümhuriyyeti tarihi, Ankara, 1987, Türk Kültürü araştırma enstütüsü yayın evi.
3. Alasya H. F., Kıbrıs ve Rum Yunan emelleri, Lefkoşa- Kıbrıs, 1992.
4. Aydınoğlu A., Kıbrıs sorunu Çözüm arayışları-Annan Planı ve Referendum süreci, Ankara, 2005.
5. Çiftçi K., Türk dış politikası, Ankara: Aiyasal kitab evi, 2010.
6. Denktaş R.R., Son Çağrı, İstanbul, 2007.
7. Edibali A., Türkiyenin Kıbrıs Politikası Ne Omalısıd, İstanbul,1974.
8. Gazioğlu A. C., Kıbrıs Tarihi: İngiliz dönemi (1878-1960), Mersin: 1997
9. Gürsoy C., Coğrafya bakımından Kıbrıs ve Türkiye // Milletlerarası birinci Kıbrıs Kongresi (14-19 nisan 1969) Türk Heyeti Tebliğleri, Ankara: 1971, Türk kültürünü araştıma vakfı,yayımları No.36.
10. Hill G.H., A history of Cyprus, c. IV, New York: Cambridge Universty Press, 1952.
11. İnönünün Johnsona cevabı. “Milliyet qəzeti” İstanbul: sayı 6517, 14 Yanvar 1966
12. Keser Ü.,21 aralık 1963 kanlı noel, kumsal faciası ve bugüne yansımaları, Çağdaş Türkiye Tarihi Araştırmaları dergisi, No:22, İstanbul 2011 ss.93-121s.108
13. Olgun A., Kıbrıs Gerçeği (1931-1990(, Ankara, 1991.
14. Özkan A., Kanlı Noel Oayı ve BM de Kıbrıs Sorununda Türkiye Arnavutluk desteği, İnternational journal of science, 2013, vol. 6.
15. Özakman T., Çılgın Türkler- Kıbrıs, Ankara, 2012.
16. Tayhani İ., Türk Mukavemet Teşkilatına Giden Yol//Kıbrıs Milli Mücadelesi ve Bu Mücadelede TMT-nin yeri, uluslararası sempozyum (19-25 Ekim) bildiriler, cilt I, Lefkoşa KKTC, 2009
17. Uçarol R., 1878 Cyprus Dispute and The Ottoman- British agreement, Lefkoşa
18. Yürek A. C., Johnsonun mektubu, Hürriyet qəz. 13 Yanvar 1966
19. http://www.tarihbilimleri.com/kibris-adasinin-gecici-olarak-ingiltereye-devri-1878.html

THE TURKISH-GREECE RELATIONSHIP DURING CYPRUS PROBLEM
ENOSIS, BLOODY CHIRSTMAS

SUMMARY
Leyla Nabieva
The interest of imperialist countries always comprises Turkey because of its geographical and strategic location. The imperialist states which are unwilling to see a very powerful Turkey have targeted to create lots of inner and outsider problems for Turkey. The created Cyprus problem between Turkey and Greece was one of such problems.
The thought of having Cyprus become a part of Greece (Enosis) and killing all Turks who have been living in Cyprus constituted ona of the most crucial elements of Greece’s Megali İdea. To realize this idea especially during the period of Makarios, the Greek Cypriots killed the Turks by the end of 1963. This event has passed as Bloody Christmas Events in the history.

Key words: Cyprus, Turkey, Greece, Enozis, Booldy cristmas, UN.

ТУРЕЦКО-ГРЕЧЕСКИЕ ОТНОШЕНИЯ В ПРОБЛЕМЕ КИПРА
ЭНОСИС, КРОВАВАЯ РОЖДЕСТВО

РЕЗЮМЕ
Лейла Набиева
Национальный интерес империалистических стран всегда включает Турцию из-за ее географического и стратегического положения. Империалистические государства, которые не хотят видеть очень сильную Турцию, стремились создать множество внутренних и внешних проблем для Турции. Созданная кипрская проблема между Турцией и Грецией была одной из таких проблем.
Мысль о том, чтобы Кипр стал частью Греции (Эносис) и убить всех турок, которые жили на Кипре, являлась одним из важнейших элементов Мегалийской идеи Греции. Чтобы реализовать эту идею, особенно в период Макариoca, киприоты-греки убили турок к концу 1963 года. Это событие прошло как Кровавое Рождество в истории.

Ключевые слова: Кипр, Турция, Греция, Эносис, Кровавое Рождество, OOH.