Milli kimlik konsepsiyası: nəzəriyyə və təcrübə

Post image

Nərminə Qasimova, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

 

Milli xarakter və milli kimlik, milli ideologiya milli fəlsəfənin özündə əks etdirdiyi başlıca xüsusiyyətlərdir. Milli kimlik məsələsi XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycanın maarifçi filosoflarını düşündürən aktual mövzu olmuşdur. M.F.Axundov, H.Zərdabi, Z.B.Göyalp, Ə.Hüseynzadə, Ə.Ağayev, Ə.Topçubaşev, M.Ə.Rəsulzadə kimi görkəmli insanlar Azərbaycanın istiqlala qovuşması yolunda maarifçilikdən bir metod olaraq istifadə etdilər. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin ideologiyasınınn fəlsəfi əsaslarının yaradıcılarıdırlar. AXC-nin yaranması sırf milli fəlsəfənin ictimai şüurda oyanışa nail olmasının məntiqi nəticəsi idi. Milli istiqlal məfkurəsi əsasında qurulan AXC bütün vətəndaşların inancından, məsləkindən, milli mənsubiyyətindən asılı olmayaraq bərabərhüquqlu olduğunu qeyd edirdi. Yeni dövr Azərbaycan milli fəlsəfəsində müstəqillik ideya olaraq yaranmazdısa, əsrin əvvəllərində reallığa cevrilə bilməzdi. Bunun üçün ilk əvvəl xalqın millət kimi formalaşması vacib idi. Hər bir millətin formalaşdırdığı milli fəlsəfi təlim həmin xalqın milli ruhuna, düşüncəsinə, həyat tərzinə, dünyagörüşünə uyğun olaraq formalaşan fəlsəfədir.
Bu gün multikulturalizm və milli kimlik fenomenləri milli fəlsəfənin qarşısında duran mühüm problematik məsələlərdəndir. Milli fəlsəfədə kimlik müstəsna əhəmiyyət kəsb edən məsələdir. Bu problemin sosial-fəlsəfi təhlilinə məhz Azərbaycan ictimai-siyasi və fəlsəfi dünyagörüşü aspektindən yanaşılır. Dil və milli şüur milli kimliyin vacib elementləridir. Milli şüur özlüyündə millətin yaşama ifadəsidir. Milli şüurun mövcud olduğu cəmiyyətdə Vətən, vətənsevərlik, vətənpərvərlik və milli dövlətçilik ənənələri qorunur, millətin gələcəyi naminə nəsildən-nəslə ötürülür.
Milli özünüdərk məfkurəsinin təkanverici qüvvəsi kimi XIX əsrdən etibarən maarifçi filosoflar və onlarla yanaşı milli burjiaziyanın nümayəndələri xalqı maarif və təhsil vasitəsilə müstəmləkə zülmündən azad olmağa hazırlayırdılar. Xalqın siyasi-mədəni şüurundakı dəyişiklik istər-istəməz milli ictimai-fəlsəfi düşüncədə də yeniliklərə səbəb oldu. Milli şüurda oyanış vasitəsilə müstəqil dövlət qurmaq ideyası milləti birləşdirdi və Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətimilli əsaslarla təşəkkül tapdı. Bu fəaliyyət sırf milli fəlsəfənin ictimai şüurda oyanışa nail olmasının məntiqi nəticəsi idi. Bir millət olaraq türkçülüyü, müasirliyi və islamlaşmanı əsas prinsip seçərək xalqımız XX əsrin əvvəllərində müstəqilliyə nail oldu. Sovet rejimi dövründə AXC-nin süqutu və XX əsrin sonlarında yenidən müstəqilliymizin bərpası Azərbaycan xalqının milli ruhunun və əzminin nələrə qadir olduğunu bir daha sübut etdi. Milli dilin, ədəbiyyatın, fəlsəfənin, elmin və mədəniyyətin milli ruhda inkişafı xalqın öz söykökünə bağlılığının göstəricisidir. Xalq ruhu mənəvi dəyərlərin yaşadılmasında və nəsildən-nəslə ötürülməsində əsas amildir. Milli özünüdərk məfkurəsinin təkanverici qüvvəsi kimi maarifçi filosoflar və onlarla yanaşı milli burjiaziyanın nümayəndələri xalqı maarif və təhsil vasitəsilə müstəmləkə zülmündən azad olmağa hazırlayırdılar. Xalqın siyasi-mədəni şüurundakı dəyişiklik istər-istəməz milli ictimai-fəlsəfi düşüncədə də yeniliklərə səbəb olacaqdı. Milli şüurda oyanış vasitəsilə müstəqil dövlət qurmaq ideyası milləti birləşdirdi və Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti milli əsaslarla təşəkkül tapdı. Bu fəaliyyət sırf milli fəlsəfənin ictimai şüurda oyanışa nail olmasının məntiqi nəticəsi idi. Bir millət olaraq türkçülüyü, müasirliyi, islamçılığı əsas prinsip seçərək xalqımız XX əsrin əvvəllərində müstəqilliyə nail oldu. Sovet rejimi dövründə AXC-nin süqutu və XX əsrin sonlarında yenidən müstəqilliymizin bərpası Azərbaycan xalqının milli ruhunun və əzminin nələrə qadir olduğunu bir daha sübut etdi.
Millilik ictimai şüura yeni məzmun və ahəng verir. Cəmiyyətdə sosial-mədəni nizamın etnik və dini səpkili müqavimətə söykənən formaları tədricən əvvəlki əhəmiyyətini ititrir və milli dövlət səviyyəsində inteqrasiyaya meyl güclənir, mədəni-milli-etnik və siyasi əsaslarda təşkilatlanma işi gedir[1].
70 il Sovet əsarətində olan Azərbaycan xalqı nəhayət, XX əsrin əvvəllərində yaranmış əlverişli siyasi şəraiti düzgün dəyərləndirərək yenidən istiqlalına qovuşdu. Müstəqillik illərində əvvəlcə türkçülük, sonra isə azərbaycançılıq prioritet qazandı. Ümummilli Lider Heydər Əliyevin yorulmaz səyləri nəticəsində azərbaycançılıq milli ideya səviyyəsindən milli ideologiyaya çevrildi. Azərbaycançılıq iki mənada-həm müxtəlif millət və xalqların vahid dövlətçilik zəminində birləşməsi mənasında, həm də azərbaycanlıların özlərinin milli-etnik zəmində inteqrasiyası mənasında anlaşılmağa başlandı. Bu, hər şeydən əvvəl bir vətəndaşlıq ideyasıdır, vahid məqsədə, amala xidmət etmək ideologiyasıdır. Azərbaycanın bütövlüyü və bölünməzliyi, sərhədlərinin pozulmazlığı, suverenliyi və müstəqilliyi ideyaları, xalqımızın milli kimlik fəlsəfəsidir. Azərbaycançılıq nə türkçülüyə, nə də islami dəyərlərə zidd deyil, əksinə hər ikisini özündə birləşdirir. Çünki biz Türkiyə ilə münasibətdə bir millət, iki dövlət prinsipini əldə rəhbər tutaraq, türkçülüklə azərbaycançılığı birləşdiririk. Bu, bizim milli ideyamızın və milli kimliyimizin mahiyyətindən irəli gəlir[2].
Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan və onun milli kimliyini müəyyən edən mühüm faktorlardan biri məhz həmin xalqın dilidir. Dil hər bir xalqın varlığını sübut edən əsas atributlardandır. Dil, milliyyət, sinif kimi sosial kateqoriyalar kimliyin təyin edilməsində vacibdir. Milli kimliyinə sahib çıxan millət və insanlar mövcudluğa layiqdir. Özünəqayıdış düşüncəsi milli şüurun özəyini və milli dövlətçilik ənənələrinin əsas qayəsini təşkil edir. Milli təfəkkürü milli dövlətdən ayrı görməyən, milliliklə ümumbəşəriliyin vəhdəti düşüncəsinə diqqət çəkən ulu Öndər Heydər Əliyevin ifadəsi ilə desək, qloballaşma prosesinin verdiyi imkanlardan istifadə edərək, yəni sahib olduğumuz milli dəyərləri qarşılıqlı münasibətlərdə başqa millətlərə aşılamaq bir millət olaraq bizim üçün vacib məsələdir [3].
Müstəqil Azərbaycanda dövlət dili elan edilmiş Azərbaycan dili bizim milli qürur mənbəyimizdir. Dilin qorunması mədəniyyətin mühafizəsi deməkdir. Dil faktoru milli kimliyimizin özünütəsdiq elementidir. Dilimizin inkişafına dövlət qayğısının parlaq təzahürü Azərbaycan Respublikasının Prezidentləri Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev tərəfindən verilən fərman və sərəncamlarda öz əksini tapmışdır. “Azərbaycan dili gününü təsis edilməsi haqqında (09.08.2001-ci il), “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə (02.01.2003-cü il), “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında (04.01.2003-cü il), “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında (12.01.2004-cü il), “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” (12.01.2004-cü il). Vaxtında verilmiş bu qərarlar ana dilimizin mühafizəsinə, mililik və müasirlik prinsiplərinə uyğun şəkildə inkişafına və zənginləşməsinə xidmət edir. Dövlətin apardığı məqsədyönlü dil siyasəti milli-mənəvi özünüdərk və azərbaycançılıq nəzəriyyəsinin konseptual əsaslarını təşkil edir və müasir milli fəlsəfənin aktual problemi olan multikulturalizm və milli kimlik fenomenlərinin sosial-fəlsəfi aspektdə təhlilində müstəsna rol oynayır.
Azərbaycançılıq ideologiyasının siyasi banisi olan ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası məhz onun işıqlı dühası sayəsində Sovet rejimindən və parçalanma təhlükəsindən uzaqlaşa bildi. Beləliklə, Azərbaycan milli-mənəvi dəyərlərinə, tarixinə, soykökünə qayıtdı. Keçid dövrünün özünəməxsus problemlıəri olduğundan bu yolda bir çox çətinliklər olmasına baxmayaraq Azərbaycan xalqı milli Liderin və milli ideologiyanın ətrafında birləşərək milli kimliyinə sahib çıxdı. Milli ideologiya dövlətin mövcud olmasında və onun qorunmasında, dövlət-xalq birliyinin təşəkkülündə mühüm amildir. Azərbaycançılıq ideolojiyası milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplərin əsasında formalaşması deməkdir. Bu məfkurə xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı, milli özünüdərki üçün zəmin hazırladı.
“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”-deyən Heydər Əliyev azərbaycançılğı milli ideologiya olaraq irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın–dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi [4].
Milli şürun pozitiv keyfiyyətlərinin möhkəmlənməsinə xidmət edən azərbaycançılıq milli maraqları ifadə edərək milli özünüdərki, milli mentallığı, mənəvi yetkinliyi, milli “Mən”in qorunmasını özündə əks etdirən neokonservatist təlimdir. Milli ideologiya funksiyası daşıyan azərbaycançılıq məfkurəsi cəmiyyətin rasional, konstruktiv dəyişikliklərə uğramasına, demokratikləşməsinə və modernləşməsinə xidmət edən fəlsəfi nəzəriyyədir. Azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin fəlsəfi-sosoloji nəzəriyyəsinin sosial-mədəni və etno-siyasi aspektlərinin məcmusudur.
“Azərbaycançılıq“ xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün “azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çoxəsirlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqəsi və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycan Respublikasının bütövlüyü uğrunda birgə mübarizənin tarixi təcrübəsidir[5].
Heydər Əliyev milli ideyanı iflasdan qurtardı. Milli ideya hər bir cəmiyyət üçün mayakdır, onu gələcəyə aparan əsas qüvvədir. O, yalnız cəmiyyət cəmiyyət özünün vahid məqsədini müəyyənləşdirdikdə real məzmun kəsb edir. Heydər Əliyev milli ideyanı konkret ideoloji konseptdə-azərbaycançılıqda ifadə etdi. Azərbaycançılıq ideologiyasına müasir dövlət quruculuğu tələblərinə uyğun yeni məzmun çaları verdi. Burada ətənsevərlik, vətənpərvərlik və milli dəyərlərin qorunması müasirlik və demokratik cəmiyyətin formalaşması prinsipləri ilə vəhdət təşkil etdi. Bu aspektdə milli ideya ənənə ilə müasirliyin, milli ilə beynəlmiləlin sintezi kimi özünü göstərə bildi. Bütün bunlar isə dövlətçilik şüurunun inkişaf etdirilməsi fonunda konkret məzmun kəsb edə bilər. Heydər Əliyev milli ideyaya XXI əsrin tələblərinə uyğun dövlətçilik şüuru çalarları vrməklə sözün həqiqi mənasında inqilabi yenilik edə bildi. Bu baxımdan Heydər Əliyev milli ideyanın həm nəzəri aspektlərini, həm də praktiki reallaşma mexanizmlərini işlədi [6].
Mədəni və demokratik cəmiyyətdə milli kimliyin təzahürü olan mənəvi dəyərlər xalqların milli keyfiyyətlərini ifadə edən və ona məxsus toxunulmazlıqdır. Azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin fəlsəfi-sosoloji nəzəriyyəsinin sosial-mədəni və etno-siyasi aspektlərinin məcmusudur. Müəyyən mədəniyyətin daşıyıcısı olan bir qrup insan öz dillərinin, adət-ənənələrinin, dinlərinin, tarixlərinin və nəhayət dövlətlərinin təəssübkeşinə çevrilirlər .
Özünüdərk, ümumiyyətlə, elə bir milli-psixoloji prosesdir ki, onun sayəsində zəkalı insan dünyaya, dünya isə insana yaxınlaşır, onun dünyalaşması və dünyanın insanlaşması baş verir. Özünüdərk insanla dünya arasında hər cür konfliktin, bunun həlli ilə bağlı anlaşılmazlığın aradan qaldırılması üçün sosial-psixoloji şərait yaradır. Ən başlıcası odur ki, insan özünüdərk prosesində özü haqqında biliklər əldə edir, özü haqqında bilmədiyi biliyi qazanmaq isəinsanın hisslərinin, duyğularını ülviləşdirir, təfəkkürün zənginləşməsinə, onun mentalitetinin məzmununa yeni keyfiyyət gətirən yollar açır. Bu proses insanın öz ətrafına və özünə münasibəti təcrübəsini müdrikləşdirir, mənəviyyatını və mentalitetini saflaşdırır. Bu isə bütövlükdə düşüncə sahibli fərdlərdən ibarət cəmiyyəti saflaşdırır[7].
Bu gün müstəqil Azərbaycan Respublikası dövlət quruculuğu istiqamətində möhkəm təməllər üzərində irəliləyir və bu dayaqlardan biri, bəlkə də birincisi xalqımızın öz milli-mənəvi dəyərlərinə, soy kökünə, vətəninə bağlılığıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli və balanslaşdırılmış siyasəti nəticəsində milli kimlik və azərbaycançılıq ideologiyası uğurla həyata keçirilir. Milli kimlik konsepsiyasının nəzəri və təcrübi əsası Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlərin təşkili, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm və tolerantlığın ünvanı kimi tanıtmaqdan və təşviq etməkdən ibarətdir.


Ədəbİyyat:
1. N.Niftiyev “Azərbaycanda birgəyaşayış və multikulturalizm”, s.112, B-2004.
2. Ə.Tağıyev ”Milli kimlik və multikultural proseslər” s.79, B-2017
3. S.Xəlilov ” Mədəniyyət fəlsəfəsi” s.391, B-2007.
4. N.Xudiyev ”Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli”s. 473, Azərbaycan Res. Prezidentinin işlər idarəsinin Prezident kitabxanası, “Səs” qaz. 2016, 17 iyun, N108, s. 8-9.
5. R.Mehdiyev ”Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə ”(yanvar 2002-dekabr 2006) s.28, Bakı-2006.
6. N.Məmmədov ”Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu,” Yeni Azərbaycan “ qaz. 13 dekabr, 2017-ci il) №228, s. 4.
7. Q.Əliyev “Heydər Əliyev və milli mentalitet fəlsəfəsi”, s.76, Bakı-2003.

 

Açar sözlər: azərbaycançılıq, milli dəyərlər, mədəniyyət, cəmiyyət, ideologiya, inkişaf, müasir dövr.

Ключевые слова: азербайджанство, национальные ценности, культура, обшество, идеология, прогресс, современное время.

Key words: azerbaijanism, national values, culture, society, ideology, integration, modern time.

Pезюме
Н.Касумова
Kонцепция национальной идентичности:
теория и практика
В статье анализируются роль идеи азербайджанство в защите национально-духовных ценностей и в процессе развития политической модернизации, а также роль Гейдара Алиева в формировании азербайджанской идеологии и национальной идентичности.
Отмечается, что в настоящее время достойный переемник общенационального лидера Призедент Ильхам Алиев успешно продолжает эту политику.

Summary
N.Kasumova
Concept the national identification: theory and practice
The article analyzes the role of idea of Azerbaijanism in protesting national-moral values and in the process of development of political modernization, and the role of Heydar Alliyevain the formation of the Azerbaijani ideology and national identity.
It is noticed, that now the worthy successor of the national leadr President Ilham Aliyev successfully continues this policy.

 

 

"GEOSTRATEGİYA" jurnalı №03 (51) MAY-İYUN 2019